Yuxarı

Azərbaycandakı sabitlik digər ölkələrə nümunədir - Embarş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandakı tolerantlıq və sabitlik digər ölkələrə nümunədir.

Axar.az xəbər verir ki, bu fikri Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş Azərbaycan Dövlət İqtisad Universitetində (YUNEK) tələbələrlə görüşdə deyib.

Tarix, mədəniyyət və dünyəvi dəyərlər baxımından iki ölkənin xalqları arasında paralellər olduğunu bildirən səfir əməkdaşlığın perspektivlərindən danışıb. Diplomat Mərakeşin coğrafiyası, zəngin tarixi, təbiəti, iqtisadiyyatı, təhsil imkanları haqqında tələbələrə məlumat verib.

Səfir YUNEK-in zəngin infrastrukturunun olduğunu qeyd edib. O, beynəlxalq arenada gündən-günə nüfuzu artan YUNEK-in təhsil imkanlarını, tələbələrin intellektual səviyyəsini yüksək qiymətləndirərək onlarla tanışlıqdan şad olduğunu və Mərakeş ali təhsil müəssisələri ilə əməkdaşlığın qurulmasında kömək edəcəyini bildirib.

Azərbaycanda səfir kimi fəaliyyət göstərməkdən məmnun olduğunu vurğulayan diplomat YUNEK tələbələrinin Mərakeşin ali təhsil sistemi, mübadilə şərtləri, müsəlman ölkəsi kimi özəllikləri, turizm imkanları ilə bağlı suallarını cavablandırıb.

Tarix
2017.10.12 / 00:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İƏT Ermənistana çağırış etdi

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla