Yuxarı

Lukaşenko: "Azərbaycanlılarla qardaşıq"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Belarus parlamentləri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilər.

Report-un xəbərinə görə, bunu ölkə prezidenti Aleksandr Lukaşenko Azərbaycan parlamentinin sədri Oqtay Əsədovla görüş zamanı deyib.

"Hesab edirəm ki, parlamentlər ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilər. Mən parlament rəhbərləri və deputatların dediyinə çox önəm verirəm və dinləyirəm. Bilirəm ki, Prezident İlham Əliyev bu baxımdan çox demokratik insandır. Bir şey faydalı olarsa, həmişə onu dinləyir", - A.Lukaşenko deyib.

Prezident qeyd edib ki, Belarus və Azərbaycan bir çox sahələrdə əməkdaşlıq edir, ölkələrimiz arasında isti və yaxın münasibətlər mövcuddur: "Biz bir birimizə tamamilə etibar edirik. Birgə müəssisələr yaradırıq, üçüncü ölkələrlə ticarət edirik. Azərbaycanlılar və belaruslar qardaşdır", - prezident bildirib.

Qarabağ probleminə toxunan A.Lukaşenko qeyd edib ki, azərbaycanlılar sülhsevər xalqdır və münaqişə vəziyyətinə baxmayaraq, bu baxımdan tamamilə sülh mövqeyinə üstünlük verirlər.

Belarus prezidenti Azərbaycan Prezidentinə əməkdaşlığa görə minnətdarlığını bildirməyi xahiş edib: "Biz müəyyən etdiyimiz kursu davam etdirəcəyik", - A.Lukaşenko əlavə edib.

Tarix
2017.10.13 / 15:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla