Yuxarı

Sərkisyan Cenevrədə buna nail olmaq istədi - Təhlükəli oyun

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünün nəticəsi, görüşün dərhal ardından Sərkisyanın İsveçrədəki bəyanatı ilə bağlı Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Axar.az-a müsahibəsini təqdim edirik:

- Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sərkisyanın uzun fasilədən sonra ötən gün Cenevrədə keçirdiyi görüşü necə dəyərləndirirsiniz?

- Ermənistan tərəfi bu görüşlərdən öz daxili siyasəti üçün istifadə edir. Təəssüflər olsun ki, bu görüş danışıqlar prosesi deyil, sadəcə olaraq həmsədrlər tərəfindən Ermənistanın indiki rəhbərliyinə verilən bir dəstəkdir. Açıq desək, onların arxasında Rusiyanın fəallığı durur. Azərbaycan bu görüşlərdə tənqid obyekti olmamaq, sülh danışıqlarını pozan tərəf bəhanəsini verməmək üçün iştirak edir. Təəssüf ki, Ermənistan anneksiya siyasətini davam etdirir və bundan əl çəkmək istəmir. Belə bir şəraitdə İrəvanla danışıqlar aparmağın heç bir mənası yoxdur. Çünki Ermənistan tərəfi danışıqlara danışıqlar kimi baxmır və problemi həll etmək niyyətində deyil.

- Görüşdən dərhal sonra Serj Sərkisyan Ermənistanın İsveçrədəki səfirliyində yerli erməni icmasının nümayəndələri ilə görüşdü. Ermənistan prezidenti erməni icmasını yeganə həll variantının Dağlıq Qarabağın “Azərbaycandan kənarda” olmasna əmin edib. Bu bəyanat sülh prosesinə və danışıqların bundan sonrakı perspektivinə necə təsir edəcək?

- Birincisi, Sərkisyanın bəyanatları yeni deyil. O, Ermənistanın “müstəqilik” almaq istədiyini söylədi. Ancaq bu yalandır, söhbət heç bir “müstəqillik”dən getmir. Ermənistan birbaşa Dağlıq Qarabağı və işğal olunmuş bütün torpaqları özünə birləşdirmək istəyir. Yəni əsas məqsədləri məhz budur və bunu da açıq bəyan edirlər. Hesab edirəm ki, bu bəyanatdan sonra danışıqları aparmaq mənasızdır. Ancaq iş orasındadır ki, Rusiya başda olmaqla, həmsədrlər Sərkisyana siyasi dəstək vermək naminə bu cür görüşləri davam etdirmək niyyətindədir. Yəni guya Sərkisyan danışıqlar aparır, onlar öz mövqelərini müdafiə edirlər və hər gün verdikləri qurbanlar da mənasız deyil, gec-tez qələbə çalacaqlar. Bu, Sərkisyanın partiyasının siyasətidir və onu da həyata keçirirlər.

- Sərkisyanın bu sözlərlə erməni diasporunun maddi və siyasi dəstəyini almaq istədiyi versiyası da səsləndirilir...

- Məsələnin mahiyyəti başqadır. Sərkisyan razılaşdırılmış oyun oynayır, Azərbaycanın danışıqlardan imtina etməsinə çalışır. Təəssüflər olsun ki, həmsədrlər, ələlxüsus Rusiya belə bir şərait yaradır ki, Azərbaycan mənasız danışıqlara getmədiyini elan etsin. Əgər bu baş verərsə, qarşı tərəf və onu müdafiə edənlər bəhanə edərək, Bakının məsələnin sülh yolu ilə həllini istəmədiyini bəyan edərlər. Bu, çox təhlükəli oyundur. Ona görə də Azərbaycan məcburdur ki, danışıqlarda, daha doğrusu, danışıqların imitasiyasında iştirak etsin. Ancaq belə bir gediş hərb varinatını gündəmdən çıxartmır. Biz danışıqlarda iştirak edirik, ancaq İrəıvan öz mövqeyi ilə bizə hərbdən başqa yol qoymur. Başqa sözlə, hərb seçiminə məcbur olduğumuzu elan edirik. Bu baxımdan danışıqlarda iştirak etməliyik.

Tarix
2017.10.17 / 12:48
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla