Yuxarı

İrəvandan Qarabağ etirazı: Sərkisyan olmasaydı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması Serj Sərkisyanın özünə və Qarabağdan gələnlərin qəbiləsinə sərfəli deyil. Çünki bu qəbilə Qarabağda müharibə dalğası zamanı Ermənistanda hakimiyyəti tutdu və məhz münaqişə nizama salınmadığı üçün hakimiyyətdə qala bilir.

Publika.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Tevos Arşakyan deyib.

Onun sözlərinə görə, vaxtilə Koçaryan, indi isə Sərkisyan Ermənistanda öz cinayət şəbəkəsini yaradıb, iqtisadiyyatı inhisara alıb, konstitusiyanı istədiyi kimi dəyişib və ölkəni rusların əmrinə verib.

“Qarabağ problemi həll olunarsa, “yalnız Qarabağdan gəlmələr xalqın maraqlarını müdafiə edə bilərlər, yəni Sərkisyan...” mifi dağılacaq”, - deyə o bildirib.

T.Arşakyan hesab edir ki, Sərkisyanın məntiqi davamı olaraq, Rusiya da münaqişənin həllini istəmir: “Rusiya münaqişəni inhisara alıb və o olmadan nə ABŞ, nə də Avropa İttifaqı heç nə edə bilməz. Münaqişə bölgəsində “nə sülh, nə də müharibə olsun” prinsipi Moskva üçün sərfəlidir. Sərkisyan bu münaqişədən istifadə edərək hakimiyyətini davam etdirdiyi kimi, Rusiya da bölgədə məhz bu amilə görə öz gücünü saxlaya bilir”.

Erməni siyasi şərhçi daha sonra maraqlı fikirlər səsləndirib və qeyd edib ki, bu düşüncəsinə görə ona təzyiqlər ola bilər.

“Mən indi qadağan olunmuş fikirləri səsləndirəcəm. Əminəm ki, əgər Sərkisyan olmasaydı, həmçinin, üzərimizdən Rusiya kölgəsi çəkilsəydi, ermənilərlə azərbaycanlılar birlikdə müzakirə aparıb, problemi sülh yolu ilə həll edə bilərdilər”, - deyə o bildirib.

Tarix
2017.10.17 / 14:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla