Yuxarı

Tiflis İrəvana qarşı Bakınının maraqlarını nəzərə alır – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər rəsmi Tiflisin Ermənistanın Gürcüstandakı səfiri vəzifəsinə namizəd məsələsində yaşadığı tərəddüdün səbəbləri ilə bağlı politoloq İlqar Vəlizadənin Axar.az-a müsahibəsini təqdim edirik.

- Bundan öncə Ermənistanın Gürcüstandakı səfiri vəzifəsinə politoloq Sergey Minasyanın namizədliyi irəli sürülsə də, Tiflis onun Rusiya ilə əlaqələrini, Bakı və Ankaranın narazılığını səbəb gətirərək bu təklifi rədd etmişdi. Hazırda bu vəzifəyə namizəd olaraq bir neçə keçmiş erməni deputatının adı çəkilir, ancaq Gürcüstan bu məsələdə tələsmir. Rəsmi Tiflisin bu qədər tərəddüd etməsinin səbəbi nədir?

- Gürcüstanın bu işə həssaslıqla yanaşması səbəbsiz deyil. Rəsmi Tiflis daha çox Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirəcək namizədin olmasından ehtiyatlanır. Çünki bu, gürcülər üçün əlavə başağrısına çevrilə və ölkəni müəmmalı vəziyyətdə qoya bilər. Tiflis hazırda məhz bu ehtimalları nəzərə alaraq Ermənistanın Gürcüstandakı səfiri vəzifəsinə yeni namizədi təyin etməkdə tələsmir. Əslində, Tiflis tərəddüd etməkdə çox haqlıdır. Xüsusilə də indiki şəraitdə - Azərbaycanla Gürcüstan arasında bir sıra mühüm layihələrin reallaşdığı bir vaxtda bu məsələnin ciddi nəzarətdə saxlanılması təqdirəlayiqdir. Bildiyiniz kimi, bu il Bakı-Tiflis-Qars dəmiryolu işə salınacaq, gələn il isə TANAP-ın istifadəyə verilməsi gözlənilir. Belə vəziyyətdə suyu bulandıran şəxslərin Gürcüstanda peyda olması arzuolunan deyil.

- Mümkündürmü ki, Tiflis bu məsələdə Acariya və Samsxe-Cavaxetiya ərazilərində ermənilərin mövqelərinin güclü olması və bu fonda bölgədə separtizmin baş qaldırması ehtimalını da nəzərə alır?

- Tamamilə mümkündür. Sözügedən amil Tiflisin bu qədər ehtiyatlanmasında ikinci əsas səbəbdir. Bu baxımdan da yeni səfirin rolundan çox şey asılı olacaq. Bu gün Gürcüstanın özündə - Axalkalakidə kifayət qədər erməni yaşayır və orada “Cavaxetiya separtizmi” adlı cərəyan öz təhlükəsini qorumaqdadır. Yeni təyin olunacaq erməni səfirin Gürcüstanın daxili işlərinə qarışmaq və separatçıları dəstəkləmək ehtimalının böyük olduğunu nəzərə alsaq, Tiflisin bu dəfə daha diqqətli davranacağını söyləyə bilərik. Bundan öncə Ermənistan kilsəsinin Gürcüstandakı kilsələrlə bağlı qaldırdığı məsələdə, yaxud da “erməni soyqırımı” ilə bağlı tədbirlərdə yerli diaspor ilə yanaşı, Gürcüstanın Ermənistan səfirliyinin xüsusi fəaliyyətini də yaddan çıxarmaq olmaz. Bu üzdən Tiflis yeni səfir məsələsində Bakı və Ankaranın maraqlarını mütləq nəzərə alacaq.

Tarix
2017.10.19 / 09:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla