Yuxarı

Özbəkistan prezidentindən Qarabağ açıqlaması

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Prezidenti Şövkət Mirziyayev “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etmək üçün Daşkəndə gələn Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

Axar.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin, Türkiyə Din İşləri İdarəsinin sədri Əli Ərbaşın da iştirak etdikləri görüşdə Özbəkistan ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin durmadan inkişaf etdiyi bildirilib.

Allahşükür Paşazadə Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi ilə əlaqədar müxtəlif ölkələrdə keçirilən tədbirlər barədə danışıb, Daşkənddə təşkil olunan “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans barədə məlumat verib. Bildirilib ki, bundan əvvəl Türkiyə, İran, Finlandiya və digər ölkələrdə də belə tədbirlər keçirilib və bu istiqamətdə işlər davam edir.

Şövkət Mirziyayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi İslam dünyası üçün zəruri addımdır və bu təşəbbüs bütün müsəlman dünyasında dəstəklənir. Bu məsələ Daşkənd konfransında qəbul olunan bəyanatda da öz əksini tapıb.

Dövlət başçısı Özbəkistan ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin, təcrübə mübadiləsinin aparılmasının zəruriliyini vurğulayıb.

Şövkət Mirziyayev bildirib ki, Özbəkistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ədalətli mövqeyini müdafiə edir, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin birmənalı olaraq yerinə yetirilməsinin tərəfdarıdır.

Tarix
2017.10.20 / 00:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla