Yuxarı

Vasif Talıbov fransalı səfirlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə görüşüb.

Axar.az Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, V. Talıbov səfirin geniş tərkibdə muxtar respublikaya səfərini Fransa dövlətinin Naxçıvana marağı və diqqəti kimi dəyərləndirib, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Fransa Respublikası arasında elm, təhsil və iqtisadi-ticarət sahəsindəki əlaqələrdən danışıb.

Muxtar respublikanın 38 təhsil müəssisəsində fransız dilinin tədris olunduğunu və Naxçıvan Dövlət Universitetində Fransız dili ixtisasının fəaliyyət göstərdiyini diqqətə çatdıran Ali Məclisin sədri Azərbaycan-Fransa beynəlxalq ekspedisiyası tərəfindən muxtar respublikada aparılan tədqiqatların əhəmiyyətini vurğulayıb, qarşılıqlı əlaqələrin davam etdiriləcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə minnətdarlıq edən Orelia Buşez Naxçıvanla tanışlığın onda dərin təəssürat yaratdığını diqqətə çatdırıb. Ölkələrimiz arasındakı dostluq münasibətlərinə toxunan səfir Fransa-Naxçıvan əlaqələrinin inkişafının və muxtar respublikada fransız dilinin tədrisinin məmnunluq doğurduğunu bildirib, əməkdaşlığın daha da genişləndiriləcəyini vurğulayıb.

Tarix
2017.10.20 / 01:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla