Yuxarı

Qarabağdakı qeyri-qanuni fəaliyyətlə bağlı məsələ qaldırıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Daimi Şurasının Vyanada keçirilən növbəti iclasında Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlər barədə məsələ qaldırılıb.

Axar.az xəbər verir ki, ölkəmizin ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov bildirib ki, ATƏT-ə üzv ölkələrdən, xüsusilə, ABŞ, Kanada və bir sıra Avropa İttifaqı ölkələrindən olan fiziki və hüquqi şəxslər beynəlxalq hüququ pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində iqtisadi və digər fəaliyyətlərlə məşğul olurlar. Erməni mətbu orqanlarının məlumatlarından da bu fəaliyyətlərin xarici özəl qurumlar tərəfindən maliyyələşdirilməsinin davam etdirildiyi görünür.

Azərbaycan diplomatı beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvləri kimi ABŞ, Kanada və Avropa İttifaqı ölkələrini bu fəaliyyətlərə son qoymağa çağırıb. Daimi nümayəndə vurğulayıb ki, işğal edilmiş ərazilərdə həyata keçirilən iqtisadi və digər fəaliyyət beynəlxalq hüququn imperativ normalarının pozuntusudur və buna görə də hər bir dövlət bu cür pozuntu nəticəsində yaranmış vəziyyəti tanımamaq, eləcə də bu vəziyyətin davam etdirilməsinə hər hansı formada yardım göstərməmək məsuliyyəti daşıyır. Azərbaycan nümayəndəsi ATƏT-in iştirakçı dövlətlərinə, xüsusilə ABŞ, Kanada və Aİ-nin üzvü olan dövlətlərə özəl sektorun fəaliyyəti zamanı insan hüquqları üzrə beynəlxalq öhdəliklərə əməl edilməsi məsuliyyətini xatırladaraq, onları azərbaycanlı məcburi köçkünlərin işğal edilmiş ərazilərdəki mülkiyyət hüquqlarının pozuntusu olan iqtisadi və digər fəaliyyətə son qoyulması üçün zəruri tədbirlər görməyə çağırıb.

Tarix
2017.10.20 / 23:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla