Yuxarı

Putin Azərbaycana müraciət göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Azərbaycana müraciət göndərdi

Regionlararası əlaqələr Rusiya və Azərbaycanın ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafının əsas istiqamətlərindəndir və yeni layihə və təşəbbüslərə təkan verir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putinin bu gün Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına ünvanladığı müraciətdə deyilir.

Müraciəti Rusiya Prezidenti Administrasiyasının regionlararası və xarici ölkələrlə mədəni əlaqələr üzrə rəisi Vladimir Çernov oxuyub.

V.Putin bildirib: "Bu il 5 yaşı tamam olan geniştərkibli forumunuz nüfuzunu durmadan artırır və bu illər ərzində iki ölkə regionlarının qarşılıqlı fəaliyyətinin bütün spektri üzrə konstruktiv dialoq üçün tələb edilən məkan olaraq qalır, nəqliyyat, energetika və bank sahələrində, investiyalar və kənd təsərrüfatı, turizm və təhsil sektorlarında əməkdaşlığımızın əhəmiyyətli potensialını üzə çıxarmaq baxımından əla imkan təqdim edir".

Rusiya Prezidenti əminliyini bildirib ki, forum iştirakçılarını böyük, məhsuldar iş, maraqlı və qarşılıqlı faydalı müzakirələr gözləyir. Putin həmçinin onlara uğurlar diləyib və ən xoş arzularını çatdırıb.

Trend

Tarix
2014.06.23 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla