Rəsmi Moskva baş nazirin eks
müavini, "AzerRos" - Rusiya Azərbaycanlılarının Milli Mədəni
Muxtariyyətinin Ağsaqqalar Şurasının sədri Abbas Abbasovu Krım
tatarlarının Rusiyaya interqasiyası üçün nəzərdə tutulmuş ideoloji
işlərin təşkil olunmasını tapşırıb.
Bu barədə Rusiya Regional İnkişaf Naziriyi yanında milli-mədəni
muxtariyyət işləri üzrə Məsləhət Şurasının iclasında çıxış edən
nazir İqor Slyunyaev çıxışı zamanı bildirib.
Nazir: "Krım tatarları ilə əlaqə yaratmaq çox çətin
məsələyə çevrilib"
Rusiya Azərbaycanlılarının Mədəni Muxtariyyəti - "AzerRos"-un
rəhbərliyinin iştirakı ilə Keçirilən iclasda qurumu prezident Asif
Məhərrəmov və Federal Şuranın sədri Mehriban Sadıqova iştirak
edib.
Toplantıda əsas diqqət Krım və Sevastopola yönəldilib. Nazir
Slyunayev "AzerRos"u Krım tatarları ilə bağlı fəal işləməyə
çağırıb. İclasın əsas hədəfi isə Milli-Mədəni Muxtariyyətin
vasitəçiliyi ilə Krım və Sevastopolda yaşayan xalqlarla işgüzar
dialoqun qurulması olub.
Slyunayev bildirib ki, hazırda Krımda regional milli muxtariyyət
yaradılır və sənədləşmə işləri gedir. "Amma krım tatarları ilə
əlaqə yaratmaq çox çətin məsələyə çevrilib"- deyə nazir
söyləyib.
O, qeyd edib ki, "AzerRos" bu iki yeni subyektin vahid məkan
olaraq Rusiyaya inteqrasiyası üçün fəal əməkdaşlıq etməlidir. İclas
zamanı Rusiya cəmiyyətində yaşayan müxtəlif xalqların inteqrasiyası
üçün milli-mədəni təşkilatların böyük əhəmiyyət daşıdığı
vurğulanıb.
"AzerRos" səlahiyyət istəyir
"AzerRos"un prezidenti Asif Məhərrəmov çıxışında bildirib ki,
rəhbərlik etdiyi təşkilat Azərbaycan və Rusiya arasında iqtisadi və
mədəni əlaqələrin möhkəmlənməsndə çox ciddi şəkildə maraqlıdır.
"Krım məsələsinə gəlincə, Abbas Abbasov və AzerRos preident Putinin
siyasi xəttini dəstəkləyir. Başqa cür də ola bilməz. Biz hesab
edirik ki, Krımla bağlı qərar yeganə düzgün,cəsur addım idi"- deyə
o, bildirb.
A. Məhərrəmov höküməti "AzerRos"u Rusiyada fəaliyyət göstərən
azərbaycanlı təşkilatlar içində əsas diaspor təşkilatı olaraq
tanımağa çağırıb. "Əgər bizim təşkilat dövlət hakimiyyətində milli
icmanı təmsil edən əsas institut olarsa bu qurumun əhəmiyyətini bir
neçə dəfə artıracaq və bir sıra milli təşkliatlar ərəfindən
aparılan müxtəlif spekuliyasiyalarının qarşını alacaq"- deyə
A.Məhərrəmov vurğulayıb.
Modern.az