Yuxarı

BTQ-yə dəstək olan ilk ölkə olmuşuq - Saqintayev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün gerçəkləşən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Türkiyəyə və Şərqi Avropaya, Aralıq dənizinə çıxışı təmin edir. O, həm də Avropaya qədər uzanacaq və Transxəzər beynəlxalq daşımalarında əsas təməl layihələrdən biri olacaq. Bu yeni dəmir yolu ölkələrimizin nəqliyyat və logistik imkanlarının inkişaf etdirilməsinə töhfə verəcək.

Axar.az xəbər verir ki, bu fikirləri Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı mərasimində Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev bildirib.

“Biz Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılmasını dəstəkləyən ilk ölkə olmuşuq. Bu qərar Qazaxıstanın və Çinin dəstəyi ilə Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən 2016-cı ildə qəbul edilib. Bu mühüm qərarın paytaxtımız Astanada qəbul edilməsi bizim üçün rəmzi xarakter daşıyır. Layihə Qazaxıstanın Xəzər infrastrukturunda yük axını layihələrini stimullaşdırır, optimal logistikanı formalaşdırır, regionda iqtisadi artımı və ticarəti genişləndirir”, - deyə Baş nazir qeyd edib.

Bakıtjan Saqintayev əminliklə deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi regional ticarətin inkişafına hissolunacaq təkan verəcək. O, iqtisadi artım üçün əlavə potensial yaradacaq. Dəhliz bütün Cənubi Qafqaz regionunun sabit və təhlükəsiz inkişafına stimul olacaq.

Tarix
2017.10.30 / 21:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla