Yuxarı

Bərzaninin çarəsizliyi və istefa səbəbləri - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində, Bərzaninin hakimiyyətdə olması məsələsi 2015-ci ildən öz legitimliyini itirmişdi. O, 2005-ci ildən İraqın şimalındakı Kürd Muxtariyyətinin prezidenti vəzifəsini tutur. Bu vəzifənin müddəti 4 ildir. 2009-cu ildə ikinci müddətə seçilən Bərzaninin səlahiyyətləri 2013-cu ildə başa çatmışdı və onun bir daha seçilmək hüququ yox idi.

Bu sözləri Axar.az-a politoloq Nəzakət Məmmədova İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin istefaya getməsinə münasibət bildirərkən deyib. O vurğulayıb ki, Bərzani qeyri-qanuni yolla prezident seçkilərinin 4 illiyə təxirə salınmasına nail olmuşdu:

“Bərzani tərəfdarlarının qeyri-qanuni şəkildə hakimiyyət səlahiyyətlərini əldə saxlaması daxildəki müxalif kürd qruplarının və İraq hökumətinin haqlı narazılığına səbəb olmuşdu. Məhz öz şəxsi karyerasını qorumaq naminə Bərzani referendum oyununu ortaya atdı və İraq Kürdüstanı müstəqil olacağı halda qanunlara dəyişiklik etməyə, habelə hakimiyyəti saxlayacağına ümid edirdi. Lakin referendum avantürasının uğursuzluqla nəticələnməsi, Kərkükdəki fiasko Bərzaniyə daxili və xarici təzyiqləri artırdı. Həm Ərbil və Süleymaniyyədəki rəqib kürd hərbi-siyasi qüvvələri, həm İraq hökuməti onun getməsini tələb etdi. Türkiyə də onu artıq dəstəkləmədi. Buna görə də Kürd Muxtariyyətinin prezidenti Bərzani səlahiyyətlərinin parlament, icra orqanı və Ali Ədalət Şurası arasında bölüşdürülməsinə dair parlamentə məktub göndərib və qanunverici orqan bu barədə qanun layihəsini qəbul edib”.

Politoloq qeyd edib ki, noyabrın 1-də uzadılmış səlahiyyətləri başa çatan Bərzani istefa verməyə məcbur oldu və bundan sonrakı həyatını bir peşmərgə kimi davam etdirəcəyini bildirdi:

“Bərzani çıxışında noyabrın 1-də səlahiyyətləri başa çatdığı üçün yeni seçkilərin keçirilməsi təklifini irəli sürüb. Lakin seçkilərin 8 ay sonra keçirilə biləcəyi qərara alındığı üçün o, istefa qərarı almağa məcbur olub. Bununla belə, onun siyasətdən getdiyini düşünmək tezdir. Çünki Bərzani Ali Siyasi Şuranın rəhbərliyində qalacaq”.

Politoloq vurğulayıb ki, qarşıdakı aylar nəinki İraq Kürd Muxtariyyəti, habelə bütün bölgə üçün qeyri-müəyyənlik və qeyri-sabitliklə keçəcək:

“Bəzi məlumatlara görə, Bərzani tərəfdarları parlamentə girməyə çalışıb və atəş açıblar. Eyni zamanda onun tərəfdarlarının Ərbildə mitinqlər keçirdiyi bildirilir. Prezident və parlament seçkiləri isə 2018-ci ilin iyul ayınadək təxirə salınıb. Artıq ABŞ-ın himayəsi altında beynəlxalq koalisiya Ərbil və Bağdad arasında danışıqlar aparılmasını təşkil edib. Əsas müzakirə mövzusu ölkənin şimalındakı Suriya və Türkiyə ilə mübahisəli ərazilərdə peşmərgə və İraq ordusunun yerləşdirilməsidir”.

Qeyd edək ki, Məsud Bərzani noyabrın 1-də istefaya gedəcəyini açıqlasa da, oktyabrın 29-da səlahiyyətlərinin təhvil verilməsi ilə bağlı parlamentə müraciət ünvalayıb.

Səsvermə nəticəsində Bərzaninin təklifi qəbul edilib.

Tarix
2017.10.31 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla