Yuxarı

Vitse-prezidentin qiyamı: ordu şəhərə buna görə girib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zimbabvedə çox maraqlı proseslər gedir. Bir neçə gün öncə ölkə Prezidenti Robert Muqabe “Timsah” ləqəbli vitse-prezident Emmerson Mnanqaqvanı vəzifədən qovur ki, həyat yoldaşı, ölkəni de-fakto idarə edən Qreys Muqabeni vitse-prezident təyin etsin.

Axar.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, ordunun bu cəhdini tam çevriliş adlandırmaq olmaz:

“Muqabe 11 il həbs yatıb, sonra müxalif “Xalq İttifaqı” təşkilatına qoşulub, bir neçə ildən sonra qurumun lideri olub. Lider olmasında onun ingilis dilini bilməsi önəmli rol oynayıb, həm də ali təhsili var idi. O, inqilabçı olmadan öncə Qanada müəllim işləyib. Amma lider olmasının birinci səbəbi onun ölkənin ən böyük qəbiləsi - Şon tayfasına mənsub olması idi. Şon tayfası siyasi aktiv kəsim idi, Zimbabvenin Rodeziya bölgəsini təmsil edirdi. Hakim (“Xalq İttifaqı” sonradan partiyaya çevrilmişdi) partiyada birinci ledi Qreys Muqabenin başçılıq etdiyi G40 adlanan fraksiya var, həmin fraksiya Muqabedən sonra Qreys xanımı hakimiyyət başına gətirməyə hazırlaşırdı. Bunu anlayan Emmerson Mnanqaqva orduda olan nüfuzundan istifadə edərək, dünəndən çevriliş edib.

Bu cəhdi tam çevriliş adlandırmaq olmaz, çünki çevriliş edənlər də Muqabe yolunun davamçıları olduğunu, sadəcə ölkəni onun ətrafına təslim etməyəcəklərini deyirlər”.

Qeyd edək ki, Zimbabve ordusu paytaxt Harareyə daxil olub. Ordunun Zimbabve dövlət televiziyası ZBC-ni ələ keçirdiyi, Prezident Robert Muqabeni girov götürdüyü bildirilib. Məlumata görə, Muqabe artıq istefaya getməyə hazırlaşır.

Tarix
2017.11.15 / 13:47
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla