Yuxarı

Ukrayna böhranla üzləşəndə Heydər Əliyev... - Kuryaçi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ulu öndər Heydər Əliyev Azərbaycan-Ukrayna dostluğunun memarıdır.

Axar.az xəbər verir ki, bu fikri Azərtac-a məxsusi açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçi söyləyib.

Onun sözlərinə görə, Ukrayna xalqı bu günə qədər də Heydər Əliyevin SSRİ dövründə etdiyi köməyi xatırlayır. Deputat bildirib ki, müstəqillik bərpa edildikdən sonra da Heydər Əliyev Azərbaycan ilə Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında üzərinə düşən tarixi missiyanı böyük ustalıqla yerinə yetirib. Bildirib ki, Ukraynanın ən ağır illərində Heydər Əliyev ölkəmizə əsl dost və qardaş dəstəyini verib, 1990-cı illərdə məhsul yığımı zamanı Ukrayna yanacaq böhranı ilə üzləşəndə yaxın dost və məsləkdaşımız kimi bizə əsl dost yardımını dahi Heydər Əliyev və Azərbaycan xalqı edib. Biz münasibətlərimizin müxtəlif dövrlərini, ölkələrimizin yaşadığı çətin anları heç zaman unutmuruq.

“Məhz bu gün Azərbaycan ilə Ukraynanın beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınması Heydər Əliyevin adı ilə bağlıdır. O zaman həyata keçirilən müdrik siyasət nəticəsində ölkələrimiz arasında davamlı və yüksək səviyyədə iqtisadi və siyasi əməkdaşlıq münasibətləri qurulub”, - deyə M.Kuryaçi əlavə edib.

Ali Radanın deputatı vurğulayıb ki, bu gün də Azərbaycan ilə Ukrayna arasındakı mehriban dostluq münasibətləri səmimiyyət üzərində qurulub.

Tarix
2017.12.11 / 20:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla