Yuxarı

Mübariz Cabbarova yüksək vəzifə verildi - Sərəncam

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

22:04

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin birinci müavini vəzifəsinə bir müddət öncə təyinat olub.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Mübariz Cabbarovun təyin edilməsi barədə məlumatı Report bu gün bir daha yayıb.

Qeyd edək ki, sədrin sabiq birinci müavini Zamiq İsmayılov öz ərizəsi ilə vəzifədən azad olunmuşdu.

Mübariz Mustafa oglu Cabbarov 1968-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. 1988-ci ildə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini və 2002-ci ildə Novorossiysk Dövlət Dəniz Yolları Akademiyasını bitirib.

1989-1996-cı illərdə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Yolları İdarəsinin gəmilərində matros, kapitanın 3-cü və 2-ci köməkçisi işləyib. Daha sonra xarici gəmiçilik şirkətlərində kapitanın 2-ci köməkçisindən kapitana qədər yüksəlib.

2004-2005-ci illərdə “BUE Caspian Ltd” şirkətində təhlükəsizlik üzrə inspektor, daha sonra isə təhlükəsizlik üzrə menecerin müavini vəzifəsində işləyib.

2006-cı ilin sentyabrından 2007-ci ilin iyulunadək Böyük Britaniyanın “CMİ Offshore Ltd” şirkətinin Qazaxıstan Respublikasındakı filialının idarəetmə üzrə meneceri, 2007-2017-ci illərdə həmin şirkətin Böyük Britaniya, Qazaxıstan və daha sonra Rusiya Federasiyasındakı ofislərinin direktoru vəzifəsində çalışıb.

2017-ci ilin iyulundan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Dəniz Nəqliyyat Donanmasının rəisi vəzifəsində işləyib.

Qeyd edək ki, Mübariz Mustafa oğlu Cabbarovun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini təyin edilməsi ilə bağlı Prezident Sərəncamı 5 oktyabr 2017-ci il tarixində verilib və yayılıb. Bu, M.Cabbarovun təyinatı ilə bağlı yayılan növbəti xəbərdir.

Tarix
2017.12.15 / 22:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla