Yuxarı

Qüds Qarabağa münasibətin nəticəsidir - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın islama yanaşması düzgün formada qurulub.

Report xəbər verir ki, bunu Bakıda keçirilən "Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru" adlı konfransda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, dünyada islamı tamam başqa ad altında təqdim edirlər: "Bəzən bu, subyektiv səbəblərdən olsa da, əksər hallarda isə bəzi ölkələr buna imkan yaradır ki, islamı onların istədikləri kimi təqdim etsinlər. İslam daxilində olan müəyyən qüvvələr prinsiplərdən kənara çıxaraq öz qanunları ilə cəmiyyəti başa istiqamətlərə yönəldərək canfəşanlıq edirlər. Ona görə də ilk olaraq bunların qarşısı alınmalıdır".

O qeyd edib ki, islamın şərhini ictimaiyyətə düzgün çatdırmaq lazımdır: "İslam oyunları keçirildikdə su əsas simvol seçildi. Bu islamla bilavasitə əlaqəli olan amil idi. Başqa atributların seçilməsi müəyyən problemlər yarada bilərdi. Çünki sui-istifadə etməyə çalışan başqa ölkələr var. İslamı düzgün olaraq Qurani-Kərimdə təqdim olunduğu kimi bəşəriyyətə çatdırmaq vacibdir".

S.Novruzov vurğulayıb ki, Azərbaycan bu istiqamətdə düzgün yol seçib: "Dövlət tərəfindən dinə istənilən köməklik göstərilir. Əsas dini tədbirlərdə dövlət başçısı şəxsən iştirak edir. Bu onun göstəricisidir ki, dünyada Azərbaycan nümunə kimi göstərilir. Ölkədə bütün dinlər bərabər şəkildə icra olunur. Qanunla qadağan olunmayan şəkildə bütün icmalar fəaliyyət göstərir".

"Vaxtı ilə Azərbaycanın ərazisi işğala məruz qalanda az islam ölkəsi bizə dəstək oldu. Əgər işğal olunan ərazilərimizdə Azərbaycan məscidləri, islam ənənələri dağıdılırsa, buna nə ad vermək olar?! Vaxtilə Dağlıq Qarabağla bağlı düzgün mövqe tutulsaydı, bu gün Qüds məsələsi təkrar olunmazdı" - deyə o, əlavə edib.

Tarix
2017.12.18 / 12:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla