Yuxarı

Məqsəd hakimiyyətin istefasına nail olmaq deyil - Ukraynadan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məqsəd hakimiyyətin istefasına nail olmaq deyil - Ukraynadan

Əməkdaşımız Zümrüd Yağmur Ukraynadan xəbər verir:

Kiyevdə güclü yağış yağmasına baxmayaraq mitinq davam edir. İnsanlar gecə də Maydanı tərk etməyiblər.

"Avropa meydanı"nda isə daha çox çadır qurulub. Hətta gecə saatlarında Ukraynanın müxalifət partiyalarının nümayəndələri Maydanda açıq havada, soyuqda qalan tələbələrə "Avropa meyadnı"na gəlməyi təklif edərək, orda daha yaxşı şəraitin olduğunu bildirsələr də, gənclər onların təklifini qəbul etməyiblər. Onlar "Avropa meydanı"nda partiya bayraqlarının olduğunu əsas gətirərək öz yerlərində qalıblar.

Azərbaycan mətbuatında keçən gün mitinqdə iğtişaşaların olduğu barədə məlumatlar gedib. Əslində Nazirlər Kabineti qarşısında mitinqçilərlə polis arasında qısa epizodlarla bir neçə dəfə itələşmələr baş verib, polis əsasən müdafiə mövqeyində dayanmağa üstünlük verib. Bir neçə dəfə isə polis havaya gözyaşardıcı qaz atmaqla aksiya iştirakçılarına xəbərdarlıq edib.

Nazirlər Kabinetindən parlamentin binasına gedən yolda mən özüm 10-dan yuxarı polis avtobusu saydım, amma onlar əhaliyə qarışmır və avtobusların içindəcə gözləyirdilər.

Bu gün də Maydan və "Avropa meydanı"ında yüzlərlə aksiya iştirakçısı meydanı tərk etməyib. Onlar gün boyu mitinqi davam etdirəcəklərini bildirirlər. Gün ərzində onlara yeni insanların qoşulacağı da gözlənilir.

Bir neçə gün davamlı aksiyalar olmasına baxmayaraq, Kiyevdə normal həyat davam edir və şəhərdə tam sakitçilik hökm sürür.

Burda görüşdüyümüz aksiya təşkilatçılarından olan şəxslər bildirirlər ki, məqsəd əslində birmənalı olaraq hakimiyyətin istefasına nail olmaq deyil, Avropa Birliyinin təklif etdiyi Assosasiya sazişinə mane olan Rusiyanın təyziqlərini neytrallaşdırmaq və Ukrayna cəmiyyətinin dəstəyini almaqdır. Bu, eyni zamanda hakimiyyətin daxilində olan Rusiyapərəstlərin mövqeyini zəiflətmək və prosesə mane olmaq imkanlarını məhdudlaşdırmağa xidmət edir.

Ölkədə fəalliyyət göstərən bütün müxalif qüvvələr birlikdə hərəkət edir. Bundan başqa xüsusən axşam saatlarında parlamentin deputatları dəstə-dəstə meydanlara gəlir, çıxış edib insanları ruhlandırırlar.

Hələ ki, mitinqlərə qarşı ən aqressiv münasibəti yağışlı və soyuq Kiyev havası göstərir...

Tarix
2013.11.25 / 15:19
Müəllif
Zümrüd Yağmur
Digər xəbərlər

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla