Yuxarı

Bu mallar üçün icazənin verilməsi qaydaları dəyişdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları”nda dəyişikliklər edib.

Axar.az xəbər verir ki, bu Qaydalar ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) nəzarət siyahısı üzrə ixracına, idxalına, təkrar ixracına, təkrar idxalına, tranzitinə xüsusi icazənin verilməsi qaydalarını müəyyən edir.

İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə müvafiq dövlət orqanları tərəfindən verilən xüsusi icazə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (sifarişçilər) tərəfindən bu Qaydalarda göstərilən əməliyyatların hər hansı birini həyata keçirməyə icazə verən rəsmi sənəddir. Dəyişiklik xüsusi icazə almaq üçün sifarişçilərin ixrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısında göstərilən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xarici iqtisadi əməliyyatların növlərindən asılı olaraq, müvafiq dövlət orqanlarına təqdim etməli olduqları sənəd və məlumatlarla bağlıdır. Bundan sonra xüsusi icazə almaq üçün ərizədə malın son istifadəsi və texniki təsnifatı haqqında məlumat tələb olunmayacaq. Eyni zamanda ixrac edilən malın mənşə sertifikatının əsli deyil, surəti tələb olunacaq.

Tarix
2018.01.17 / 01:17
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla