Yuxarı

Livan nəşri 20 yanvar faciəsindən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycanın Livandakı səfirliyinin dəstəyi ilə bu ölkənin “Al-Cumhuriyyə” qəzetində və ölkənin əsas xəbər saytlarından biri olan “Cedar news” xəbər portalında məqalələr dərc edilib.

Axar.az xəbər verir ki, məqalələrdə 1990-cı il yanvarın 20-də sovet ordusunun müxtəlif istiqamətlərdən Bakıya hücum edərək, çoxlu sayda dinc əhalini qətlə yetirdiyi bildirilib, dinc sakinlərə qarşı törədilən vəhşiliklərin xalqın azadlıq əzmini qıra bilmədiyi qeyd olunub.

Yazılarda o vaxt sovet rejiminin rəhbərliyində olan M.Qorbaçovun əmri ilə həyata keçirilmiş və məqsədi Azərbaycan xalqının müstəqillik arzusunu qan içində boğmaq olan hərbi əməliyyat nəticəsində 130-dan çox insanın qətlə yetirildiyi, 700-dən çox insanın isə yaralandığı vurğulanıb. Azərbaycan xalqının müstəqillik uğrunda canlarını fəda etmiş igid övladlarını unutmadığı və hər il 20 Yanvar faciəsi şəhidlərinin məzarlarını ziyarət etdiyi qeyd olunub.

Məqalələrdə ölkə rəhbərliyinin həyata keçirdiyi müdrik siyasət və islahatlar nəticəsində müasir Azərbaycanın sürətlə inkişaf edərək, regionda lider dövlətə və beynəlxalq miqyasda sabit və etibarlı tərəfdaşa çevrilməsindən bəhs olunub.

Eyni zamanda, Azərbaycan Respublikasının Livandakı səfirliyi tərəfindən Livan XİN və digər nazirliklərə, ictimai qurumlara, mətbuat vasitələrinə və ölkədə akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərə 20 Yanvar faciəsinin 28-ci ildönümünə dair press-reliz və bəyanat təqdim edilib.

Tarix
2018.01.18 / 20:56
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla