Yuxarı

Afrin əməliyyatı: Türkiyə Rusiyanı əmin edəcək ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Generalların Moskva görüşündə Afrin əməliyyatı müzakirə olunacaq.

Bu sözləri Axar.az-a Türkiyənin Baş Qərargah rəisi general Hulusi Akar və MİT Müstəşarı Hakan Fidanın Rusiyaya səfərini şərh politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Türkiyə tərəfi görüşdə Rusiyanı sözügedən əməliyyatın xüsusiyyətləri barədə məlumatlandıracaq:

“Generalların Moskva görüşündə Afrin əməliyyatı müzakirə olunacaq. Bildiyiniz kimi, regionda rus hərbi müşavirlərinin köməyi ilə Suriya ordusu fəaliyyət göstərir və İdlibdə hərbi əməliyyatlar keçirilir. Ona görə də Rusiya və Türkiyə əməliyyatdan öncə bir-birinin addımından xəbərdar olmalıdır ki, birbaşa toqquşmalar və ziddiyyətlər yaranmasın. Bölgəyə xeyli ağır silah-sursat, hərbi texnika yığılıb. Bu isə hərbi təyyarələrin əməliyyat radiusunun çoxala biləcəyinə dair ehtimallar irəli sürməyə imkan verir. Afrin əməliyyatları zamanı hərbi təyyarələr Rusiyanın nəzarət etdiyi ərazilərə uçuş edə və oradan keçə bilər. Bu isə yenidən müəmmalı vəziyyət yaradar. Bütün hallarda görüşün məqsədi baş verə biləcək insidentlərin qarşısını almaqdır. Bir neçə il öncə Rusiya hərbi təyyarəsinin vurulması Türkiyə ilə böhrana səbəb olmuşdu. Məhz bu cür böhranın təkrarlanmaması üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi vacibdir. Hesab edirəm ki, tərəflər Moskvada öz planları barədə qarşılıqlı məlumat mübadiləsi aparacaqlar”.

Politoloqun sözlərinə görə, Rusiya Suriyada təşəbbüsün Türkiyənin əlinə keçməsindən narahatdır:

“Rusiya Afrin əməliyyatı ilə bağlı narahatlığını ifadə etmişdi. Çünki Rusiya Afrin əməliyyatından sonra Türkiyənin nəzarət etdiyi ərazilərin həcminin artacağından və bununla da Suriyadakı daxili hərbi-siyasi vəziyyətin dəyişə biləcəyindən ehtiyat edir. Rusiyanın bu narahatlığının aradan qaldırılması baxımından Moskva görüşü mühüm siyasi əhəmiyyətə malikdir”.

Qeyd edək ki, bu gün Rusiyaya yola düşən Türkiyənin Baş Qərargah rəisi general Hulusi Akar və MİT Müstəşarı Hakan Fidan Moskvada Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla görüşdə regional təhlükəsizlik məsələlərini, Suriyada baş verən son hadisələri və Astana prosesini müzakirə edəcəklər.

Tarix
2018.01.19 / 00:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla