Yuxarı

"Qurbanlının təyinatı dini siyasətin dəyişməsidir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mənim üçün bu, təəccüblü təyinatlardan biridir".

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Mübariz Qurbanlının Dini İşlər üzrə Dövlət Komitəsinə sədr təyin edilməsindən bəhs edərkən söyləyib.

Politoloqun fikrincə, bu təyinat dövlətin yeni sərt dini siyasət yürüdə biləcəyinə işarədir:

"Əgər onun elmi ateizm üzrə fəaliyyəti olsaydı və ixtisaslaşaydı, dini sahə üzrə hansısa məsələ üzrə mütəxəssis olardı. O isə tarixçidir, amma partiya funksioneri kimi məşhurdur. Hər halda bu, Prezidentin işidir. Prezident indi belə məqsədəuyğun hesab edib. Görünür, bizim görmədiyimiz cəhətləri Prezident onda görür və inanır ki, bu sahədə yaranmış ağır vəziyyəti aradan qaldıracaq. Dövlət dini təriqətlər məsələsinə daha ciddi diqqət yetirməyə başlayıb. Əlbəttə, söhbət təkcə Mübariz Qurbanlıdan getmir. Burada ümumilikdə dövlət siyasəti önə çəkilir. Bildiyiniz kimi, dövlətin siyasəti ən üst səviyyələrdə hazırlanır. Məncə, dövlətin bu gün bu məsələyə mövqeyi ciddi surətdə dəyişib. Bu dəyişiklik özünü tezliklə bu şəxslərin fəaliyyətində tapacaq. Qısası, sərt dini siyasət yürüdülə bilər".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Mübariz Qurbanlının Dövlət Dini Komitəsinə sədr təyin edilməsi haqqında sərəncam verib.

Tarix
2014.07.23 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla