Yuxarı

Georgi Vanyan İlham Əliyevə inandığını dedi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni hüquq müdafiəçisi, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərdə ermənilər tərəfindən girov götürülməsinə kəskin reaksiya verib.

Erməni hüquq müdafiəçisi bildirib ki, rəsmi şəxslərin bəyanatları da daxil olmaqla, Ermənistanın, qondarma Dağlıq Qarabağ respublikasının informasiya məkanı Putin casuslarının fəaliyyət meydanıdır:

"Burda nə siyasət, nə də maraqlar var. Girovların məsələsi isə dalana dirənmiş haldadır. İndiki vəziyyətdə mən vətəndaş səviyyəsində hüquqların müdafiəsi, həmçinin obyektiv araşdırma üçün heç bir imkan görmürəm".

Georgi Vanyan, həmçinin, girovların ailəsindən üzr istəyib və məsələnin həllində ölkə prezidenti İlham Əliyevə inandığını da bildirib:

"Bu cür kəskin və heç bir ümid verməyən bəyanatlara görə, mən Dilqəm Əsgərovun, eləcə də Şahbaz Quliyevin doğmalarından və yaxınlarından üzr istəyirəm. İnanıram ki, hələ gec deyil və Azərbaycan prezidentinin səyləri girovların taleyini müsbət həll edə bilər".

Xatırladaq ki, iyulun 11-də Ermənistan mətbuatında iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yer alıb. Ermənistan rəsmi dairələrinin də təsdiqlədiyi məlumata görə, həmin şəxslər Tərtərin Qapanlı kəndindən olan Şahbaz Quliyev və Kəlbəcərdən olan Dilqəm Əsgərovdur. Erməni mətbuatı həmin şəxslərlə bir yerdə olan daha bir nəfər azərbaycanlının- Həsən Həsənovun öldürüldüyünü yazıb.

Aktual.az

Tarix
2014.07.23 / 17:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla