Yuxarı

“Bu, Azərbaycana yeni bazarlar qazandırır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regionların inkişafı və sosial-iqtisadi münasibətlərin regional xarakterə uyğun olaraq tənzimlənməsi bütövlükdə ölkə iqtisadiyyatını rəqabət qabiliyyətli etməklə bərabər, iqtisadi proporsionallığı da qoruyur.

Bunu Axar.az-a İlham Əliyevin yanvarın 29-da “Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının IV ilinin yekunlarına həsr olunan konfransdakı çıxışı ilə bağlı danışan millət vəkili Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı hazırda yeni regional iqtisadi mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub:

“Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var, ancaq dövlətinin sosial siyasətinin ən mühüm prioriteti onların iş və mənzillə təmin olunmasıdır. Son 17 ildə görülən işlər mühüm tarixi hadisə kimi qiymətləndirilməlidir. Bu günə qədər 265 min köçkün ailəsinə yeni evlər verilib. 2018-ci ildə yenə 20 min köçkün ailəsi yeni evlərlə təmin ediləcək. Bu, Azərbaycanda sosial təminatı zəif olan təbəqəyə qarşı münasibətin göstəricisi olmaqla bərabər, həm də qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin daim diqqətdə olduğunu göstərir. Bununla yanaşı, ölkədə məşğulluğun təmin olunması ilə bağlı çox böyük işlər görülüb. Bu da regionların iqtisadi inkişafına öz töhfəsini verib. Bu layihələr çərçivəsində “Ailə Biznesinə Asan Dəstək” - “ABAD”-ı qeyd etmək olar”.

Millət vəkili bildirib ki, Azərbaycanda 18 iqtisadi rayon var və hər bir iqtisadi rayonun özünün ixtisaslaşmış sahələri var:

“Regional iqtisadiyyat qurulan yerli xüsusiyyətlər nəzərə alınmaqla ixtisaslaşma aparılıb. Bu da iqtisadi rayonların əmək qüvvələri və istehsal münasibətlərinin mütənasibliyini təmin etməklə regionlardakı inkişafı daha da sürətləndirib. Buna paralel olaraq, istehsal olunan malların ixracının təmin edilməsi ilə bağlı xüsusi layihələr həyata keçirilir. Ayrı-ayrı iqtisadi rayonlar və istehsal olunan malların bazara çıxarılması ilə bağlı dövlət tərəfindən tədbirlər görülür”.

Deputatın sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolunun açılması yeni kommunikasiya və nəqliyyat körpüsü yaratmaqla, Azərbaycana yeni bazarlar qazandırır:

“Ona görə də bu proses çərçivəsində həyata keçirilən tədbirlər də ölkəmizə əlavə yatırımlar cəlb edir, ölkə istehsalçılarının mallarını bazara çıxarmaları üçün onun daşınma xərclərini azaltmaqla rəqabət qabiliyyətliyini artırır. Prezident qeyd etdi ki, ötən 14 il ərzində Azərbaycan iqtisadiyyatına 231 milyard dollar həcmində sərmayə qoyulub. Bu, özlüyündə Azərbaycanda necə mühüm və sabit sərmayə mühitinin olduğunu göstərir. 2018-ci il ildə də ölkə iqtisadiyyatının davamlı tərəqqisinin təmin ediləcək, vətəndaşların sosial rifahı daha da yaxşılaşdırılacaq”.

Tarix
2018.02.01 / 08:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla