Yuxarı

Morninqstar: “Çantalarımız artıq hazırdır” - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Riçard Morninqstar bundan sonra da Azərbaycanın dostu olacağını dedi.

Axar.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfiri iyulun 24-də Amerika universitetlərinin məzunları ilə vida görüşü keçirib. Milli İncəsənət Muzeyində baş tutan tədbirdə çıxış edən R.Morninqstar Azərbaycandan ayrılmağın onun üçün çətin olduğunu bildirdi:

"Mənə Azərbaycanda səfir olmağı təklif edəndə çox sevindim və bu təklifi məmnuniyətlə qəbul etdim. 1995-ci ildə ilk dəfə ölkənizə gələndə tam fərqli mənzərə var idi. Azərbaycanda qarışıqlıq hökm sürürdü. Amma indi hər şey dəyişib".

Səfir çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxundu. Onun sözlərinə görə, rəsmi Vaşinqton münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır:

"Azərbaycanla Ermənistan arasında davam edən bu münaqişə tezliklə həll edilməlidir. ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz münaqişənin sülh yolu ilə həlli üçün səylərimizi bundan sonra da davam etdirəcəyik. Burda sülh olmalıdır. Ona görə yox ki, bu, ABŞ-ın xoşuna gəlir. Ona görə ki, sülh şəraitində yaşamaq onların təbii haqqıdır".

Azərbaycan ayrılmaq istəmədiyini deyən elçi bundan sonra da Azərbaycanın dostu olacağını bildirdi:

"Biz artıq bir çox şəxslərlə, o cümlədən bəzi rəsmilərlə görüşmüşük. Çantalarımız hazırdır. Bir həftə sonra yola düşəcəyik. Bizim üçün bu ayrılıq çox çətindir. Həyat yoldaşımla bütün rayonları gəzdik. Hər yerdə mehribanlıq və qonaqpərvərlik gördük".

Xatırladaq ki, R.Morninqstarın səlahiyət müddeti avqust ayında bitir.

Tarix
2014.07.25 / 00:08
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla