Yuxarı

Moskva İrəvanı cəzalandırmağa başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Ovik Abramyanın istefaya göndərilməsinə hazırlıq gedir.

Axar.az xəbər verir ki, bu informasiyanı Rusiya mətbuatı özünün etibarlı mənbələrinə istinadən yayıb.

Mənbə Abramyanın istefaya göndərilməsinin Moskva ilə əlaqədar olduğunu bildirib. O, Baş nazirin ölkənin daxili siyasətində və Avrasiya İttifaqına inteqrasiya məsələlərində heç bir uğura yiyələnmədiyinə görə istefaya göndəriləcəyini deyib. Bununla bərabər, Putin hakimiyyətinin Ovik Abramyandan Avropa İttifaqı ilə iqtisadi münasibətlər çərçivəsində yeni layihələr üzərində çalışdığına görə acıqlı olduğu söylənilib. Qarabağ məsələsində ABŞ-ın aktivliyinin artırılmasında da Abramyanın buraxdığı səhvlər Moskvanın onun üstündən xətt çəkməsinə səbəb olub. Mənbə həmçinin hazırda onun yerinə hazırlanan yeni namizədlərə baxış keçirildiyini vurğulayıb. O, istefa baş tutarsa, Abramyanın yerinə gətiriləcək şəxsin adının kifayət qədər sensasiyaya səbəb olacağını deyib.

Qeyd edək ki, Ovik Abramyan Baş nazir postunda Tiqran Sərkisyanı əvəz etmişdi.

Tarix
2014.07.30 / 10:21
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla