Yuxarı

Gerasimovla Skaparotti yenə Bakını seçərsə… - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu görüş iki baxımdan olduqca əhəmiyyətlidir.

Bu sözləri Axar.az-a Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropadakı Qoşunlarının rəhbəri Kertis Skaparotti arasında gözlənilən növbəti görüşü şərh edən politoloq Elxan Şahinoğlu deyib.

“Birincisi, görüşdə müzakirə olunacaq məsələlərlə bağlıdır. Çünki Suriyada müxtəlif ölkələrin hərbi qüvvələri var, bölgədə müharibə davam edir. Suriya mövzusu və bölgədə koordinasiyanın bundan sonra necə həyata keçirləcəyi ilə bağlı ciddi müzakirələr istisna edilmir. Üstəlik, NATO ilə Rusiya arasındakı münasibətlər, Avropadakı müəyyən gərginliklər də generalların diqqət mərkəzində olacaq”, - siyasi şərhçi bildirib.

Politoloq qeyd edib ki, ikinci önəmli məsələ görüşün harada baş tutacağı ilə bağlıdır:

“Bu, bizi daha çox düşündürür. Bundan öncəki görüş yanvarda Bakıda oldu. Gerasimovla ABŞ Baş Qərargah rəisi Cozef Danford və NATO Hərbi Komitəsinin rəhbəri Pyotr Pavelin görüşü də ötən ilin sentyabrında Bakıda olmuşdu. Yeni görüşün də Bakıda olacağına dair müəyyən xəbərlər var. Bu isə iki səbəbədən Azərbycan üçün vacibdir.

Birincisi, görüş yenidən Bakıda baş tutarsa, bu, Azərbaycana verilən böyük əhəmiyyətə və ölkəmizin bölgədə oynadığı mühüm rola işarə olacaq.

İkincisi, Azərbaycan hakimiyyətinin yürütdüyü balanslaşdırılmış xarici siyasətə növbəti dəfə dəstək mənasını daşıyacaq”.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropadakı Qoşunlarının rəhbəri Kertis Skaparotti arasında telefon danışığı baş tutub.

Tərəflər görüş barədə razılığa gəliblər. Görüşün harada baş tutacağı hələlik açıqlanmayıb.

Tarix
2018.03.22 / 16:04
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla