Yuxarı

İlk türk qadın pilot Bakıda fəxri doktor oldu – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk dünyasının fəal qadınlarından olan Madelet Başustaya Avrasiya Universitetinin Fəxri Doktoru adı verilib.

Axar.az xəbər verir ki, alim və tələbələrin iştirak etdiyi tədbirdə öncə universitetin rəhbərliyi çıxış edərək, Madelet Başustanın türk qadınlarının dünyada geniş tanıdılmasında rolu, Azərbaycan-Türkiyə qardaşlığının güclənməsində fəaliyyəti barədə geniş danışıb. Daha sonra ona universitetin qərarı ilə fəxri doktorluq verildiyi bildirilib və bununla bağlı sənəd, diplom və medal Madelet Başustaya təqdim edilib.

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva çıxışında Madelet Başustanın gördüyü böyük işlərdən danışıb və Avrasiya Universitetinə bu addımı üçün təşəkkürünü bildirib.

Avrasiya Beynəlxalq Mətbuat Fondunun sədri Umud Rəhimoğlu da yaxından tanıdığı Madelet Başustanın həyat yolundan danışıb, gənc qızları ondan öyrənməyə çağırıb.

Madelet Başustanın həyat yoldaşı, dəyərli ziyalı Hüseyn Başusta çıxış edərək Azərbaycanda onlara göstərilən böyük diqqət və məhəbbət üçün təşəkkürünü bildirib.

“Bir millət, iki dövlət” anlayışı hər zaman bizim üçün çox anlamlıdır və belə də olacaq” deyən Madelet Başusta fəxri doktorluq adına qardaş Azərbaycanda layiq görülməyinin böyük məna verdiyini qeyd edib.

Tədbir çərçivəsində Avrasiya Universitetinin rektoru Nazim Hüseynli ilə qonaqlar arasında geniş görüş və müzakirələr də aparılıb.

Qeyd edək ki, ötən gün Madelet Başustanın Bakıda kitabının təqdimatı keçirilmişdi.

Tarix
2018.03.23 / 01:23
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla