Yuxarı

Sərkisyan: “Konflikt həll olunmayacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan: “Konflikt həll olunmayacaq”

Biz dünən müzakirə etdiyimiz kimi, bu məsələ öz həllini tələb edir. Ümid edirəm ki, sizin şəxsi iştirakınız danışıqlar prosesinə təkan verəcək.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə keçirilən üçtərəfli danışıqlar zamanı Rusiya Prezidenti Vladimir Putinə müraciətində bildirib.

"Siz qeyd etdiyiniz kimi, artıq konfliktin həlli üçün danışıqlar formatı, eləcə də hüquqi baza var. Ermənistanın öz qoşunlarını qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarması üçün BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Təəssüf ki, 20 il keçsə də, qətnamə kazğı üzərində qalıb. Minsk Qrupu həmsədr kim işləyir, tərəfləri yaxlnlaşdırmağa çalışır, lakin bu, elə də yaxşı alınmır. Buna görə də hesab edirəm ki, Rusiya bizim yaxın qonşumuz, dostumuz və tərəfdaşımız kimi prosesin nizamlanmasında böyük rola malikdir. Ümid edək ki, yaxın günlərdə problem beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həllini tapacaq", - deyə İlham Əliyev bildirib.

"Biz hesab edirik ki, konflikti kompromis əsasında, ATƏT-in həmsədrlərinin təklif etdikləri prinsiplərlə həll etmək lazımdır".

Belə bir açıqlama ilə isə öz növbəsində Ermənistan prezidenti Serj Sərkisyan Soçidə üçtərəfli görüş zamanı bildirib.

"Azərbaycan tərəfi həmişə BMT-nin dörd qətnaməsinə müraciət edir. Onda cənab Əliyevə belə bir sual verirəm: Bəs Azərbaycan bu qətnamələrin hansı bəndini yerinə yetirib? Bu qətmanənin bəndlərini yerinə yetirən Ermənistandır. Ermənistan buna uyğun olaraq hərbi əməliyyatları dayandırıb. Əgər biz yenidən 90-cı illərə qayıtsaq, mən fikirləşirəm ki, bu bir tərəfdən yaxşı olacaq, digər tərəfdən isə ola bilsin ki, ləngisin. Əgər biz yenidən bir-birimizi günahlandıracağıqsa, hesab edirəm ki, uzun müddət bu konflikt həll olunmayacaq", - deyə Sərkisyan bildirib.

Tarix
2014.08.10 / 17:04
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

İranlı nazir Azərbaycana gəlir - Səfərin təfərrüatı

Sərnişin və yük daşımalarına icazə alınması ilə bağlı yenilik

Ağ Ev Əliyevlə Paşinyanın bu fotosunu paylaşdı

Məlahət Gözəlova rəis müavini təyin olundu

Səfirlikdən bəyanat: Prezidentin korteji otelə yaxınlaşarkən...

Prezidentlər arasında məktub mübadiləsi...

Mehmanın Mehdiyev və FSB etirafı – Niyə “rusca”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla