Yuxarı

İtaliyadan Qarabağ bəyanatı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir:

"Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin cari il iyulun 14-də Romaya səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, o cümlədən əməkdaşlıq etmək üçün yeni sahələrin müəyyənləşdirilməsi və bu işə vətəndaş cəmiyyətlərinin də cəlb olunması barədə birgə bəyannamə imzalanıb. İtaliya ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqları və səyləri dəstəkləyir. İtaliya da Avropa İttifaqı (Aİ) ilə birgə münaqişənin sülh yolu ilə, BMT Xartiyası və Helsinki Yekun Aktının baza prinsipləri əsasında, eyni zamanda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həyata keçirilən danışıqlar prosesi çərçivəsində həll olunmasının tərəfdarıdır.

İtaliya da Aİ-dəki tərəfdaşları kimi, son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində artan gərginlikdən narahatlığını bildirir, tərəfləri güc tətbiq etməməyə çağırır, Ermənistan və Azərbaycan prezidentlərinin cari il avqustun 10-da Soçidəki görüşlərindən sonra məsələnin siyasi danışıqlarla həll ediləcəyinə ümid edir".

AzərTAc

Tarix
2014.08.16 / 23:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla