Yuxarı

Sərkisyandan hiyləgər gediş: kameraların önündə... - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti və yeni baş naziri Serj Sərkisyan hiyləgər gediş etdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Sərkisyan əvvəlcə radikal müxalifətin lideri, deputat Nikol Paşinyanla neytral zonada - oteldə görüşə razılıq verdi:

“Daha sonra bu görüşü televiziya ekranları qarşısında reallaşdırdı, görüşü yarımçıq tərk edərək dünya və Ermənistan ictimaiyyətinə mesaj yolladı ki, rəqibi qanunları saymır, ona qarşı ölçü götürüləcək. Artıq “ölçü” götürülüb, Paşinyan və onun deputat həmkarları həbs olunublar".

Politoloqun sözlərinə görə, bundan sonra Ermənistandakı hadisələr iki xətt üzrə inkişaf edə bilər:

“Birinci, mitinqləri təşkil edən şəxs həbs olunduğundan mitinq və küçə yürüşləri getdikcə səngiyəcək, çünki polisə “vur” əmri də verilib. Sərkisyan insanları qətlə yetirmək hesabına belə hakimiyyətini qoruyacaq. İkincisi, Paşinyanı əvəz edən tapılacaq və müxalifət birləşərək Serj Sərkisyana qarşı müqaviməti gücləndirəcək. Hadisələrin birinci ssenari üzrə inkişaf edəcəyini proqnozlaşdırıram. Çünki müxalifət Paşinyana ilk gündən dəstək vermədisə, indi onun boşalan yerini əvəz etməyə çalışmayacaq. Bu yol digər müxalifət liderlərini də Paşinyanın yanına – həbsə aparır. Bütün hallarda heç kimin gözləmədiyi halda Paşinyan təkbaşına ortaya güc qoydu və bu amil Serj Sərkisyana gələcəkdə yeni problemlər yaradacaq”.

Xatırladaq ki, bu gün günorta saatlarında müxalif liderlər Nikol Paşinyan, Ararat Mirzoyan və Sasun Mikayılyan həbs edilib.

Tarix
2018.04.22 / 22:27
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla