Yuxarı

Sərkisyan Bakıya gətirilə bilərmi? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serj Sərkisyanın toxunulmazlıq statusu əlindən alındığı üçün Azərbaycan Respublikasının prokurorluq orqanları, onun həbsi və beynəlxalq axtarışa verilməsi ilə bağlı addımlar ata bilərmi?

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Real TV araşdırma aparıb. Belə ki, dövlət başçısının göstərişi ilə 2003-cü ildə Milli Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq qrupu yaradılıb.

Həmin istintaq qrupu Qarabağda baş verən cinayətkar əməllərin araşdırılmasını həyata keçirib. 2009-cu ildə artıq Baş Prokurorluğun Ağır cinayətlərə dair İstintaq İdarəsinin nəzdində xüsusi istintaq şöbəsi yaradılıb. Bu şöbə sırf Xocalı soyqırımı və digər faktlarla bağlı işləri araşdırıb. Həmin araşdırmalarda təxminən üç yüzə yaxın cinayətkar məlum olub. Onların barəsində müvafiq qanuni prosedurlar həyata keçirilib.

Lakin o cinayətkarlardan biri, bəlkə də birincisi Serj Sərkisyanın prezident və baş nazir kimi toxunulmazlıq statusu olduğundan, onu beynəlxalq axtarışa vermək və həbs etmək mümkün olmayıb.

Ermənistanda baş verən etirazlardan sonra istefa verməyə məcbur olan Serj Sərkisyan bununla yalnız hökumət başçısı postunu deyil, həm də toxunulmazlıq hüququnu itirib.

İndi o, heç kimdir. Buna görə də sabiq prezidentin və bir həftəlik baş nazirin Azərbaycanda törətdiyi cinayətlərə görə beynəlxalq axtarışa verilməsi və həbs olunması mövzusu gündəmdədir.

Tarix
2018.04.26 / 01:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla