Yuxarı

Rusiyadan Qarabağla bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümid edirik ki, Ermənistanda vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlar prosesinə qayıdacaq.

APA-nın verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Ermənistanda baş verən hadisələr fonunda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konkret hansı dəyişikliklərin ola biləcəyi sualına Rusiya XİN sözçüsü belə cavab verib: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri bundan sonra da yerinə yetirməyə davam edəcək. Səmimi olaraq ümid edirik ki, Ermənistanda vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlar prosesinə qayıdacaq. Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi baş verməməlidir. Bu, vəziyyəti daha da dərinləşdirməkdən başqa heç nəyə gətirib çıxarmayacaq. Çıxış yolu ancaq sülh və danışıqlar müstəvisində olmalıdır".

Tarix
2018.04.26 / 18:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla