Yuxarı

Moskva meri İlham Əliyevi təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva şəhərinin meri Sergey Sobyanin İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Axar.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Moskva hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm. Azərbaycan xalqı demokratik və iqtisadi dəyişikliklərin daha da inkişaf etdirilməsi, sabitliyin, dövlətçiliyin möhkəmləndirilməsi xeyrinə mühüm seçim etdi. Bu seçim Rusiya ilə mehriban qonşuluğun və çoxtərəfli əməkdaşlığın da inkişafına töhfə verəcək. Azərbaycan Respublikası ilə qarşılıqlı fəaliyyət bizim yaxın xarici ölkələrlə çoxtərəfli əlaqələrimizin prioritet istiqamətlərindən biridir. Əminəm ki, tərəfdaşlığımızın keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatması üçün hazırda ən əlverişli şərait mövcuddur. Biz də öz tərəfimizdən bu prosesin sürətləndirilməsi üçün nə lazımdırsa etməyə hazırıq. Ölkələrimiz arasında yaranmış konstruktiv əlaqələri qardaş xalqlarımızın tərəqqisi naminə inkişaf etdirmək üçün Sizin səylərinizi yüksək qiymətləndiririk. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirik".

Tarix
2018.04.26 / 20:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla