Yuxarı

ABŞ Putin rejiminin süqutunu hazırlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məncə, artıq tədricən Putin də anlamağa başlayıb ki, proses bu cür davam edərsə, Rusiya acınacaqlı hallarla qarşılaşacaq".

Axar.az xəbər verir ki, bu sözləri politoloq Natiq Miri Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin davam etməsi məsələsinə münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, ABŞ Putinin qarşısını almağın yolunu tapıb:

"Nəzərə alın ki, artıq ABŞ-ın beyin mərkəzlərində Putinin qarşısını almağın yolu tapılıb. Yol nədən ibarətdir? Yaxın 1-2 ildə Putin rejiminin süqutu. Bundan sonra bütün proseslər yalnız və yalnız Rusiya daxilinə transfer olunacaq və Putinin rejiminin tamamilə yeni, müasir və demokratik bir rejimlə əvəzlənməsi prosesinə nöqtə qoyulacaq".

Politoloqun fikrincə, Rusiyanın Ukraynadan sonra hər hansı Cənubi Qafqaz ölkəsinə müdaxiləsi inandırıcı deyil:

"Krım hadisəsindən sonra Rusiya Qərb tərəfindən o qədər də böyük təpkilərlə, ciddi sanksiyalarla üzləşmədiyi üçün Ukraynanın cənub-şərq hissəsində vəziyyəti mürəkkəbləşdirməyə davam edir. Mən düşünmürəm ki, Rusiya Ukraynadan sonra Qazaxıstana və yaxud da Cənubi Qafqazın hər hansı bir ölkəsinə hərbi müdaxilə edə bilsin. Əvvəla, bunu etmək üçün çox böyük iqtisadi resurslar lazımdır. Bu resurslar isə Rusiyada yoxdur və Rusiyanın iqtisadiyyatı da çökməyə doğru gedəcək. Ona görə belə məsələləri süni surətdə qabardırlar, Rusiya xofu yaradırlar. Mənə elə gəlir ki, Rusiyanı bu qədər qabartmağa ehtiyac yoxdur. Rusiyanın cəmi 30 minlik çevik qüvvəsi var ki, bu gün bu qüvvələrlə Ukraynada vəziyyəti gərginləşdirməyə davam edir və bu çevik qüvvəni, bu cür mürəkkəb situasiyalarda hərəkət eləyə biləcək qüvvələri də məhz Almaniyanın hərbi yönlü bir qurumu hazırlayıb, yəni böyük milyonların müqabilində Almaniya Rusiyada 30 minə yaxın çevik qüvvə hazırlaya bilib. Kiçik bir qüvvə ilə bütün post-sovet məkanında böyük hərbi müdaxilələri, işğalları yerinə yetirmək çox mürəkkəb bir hadisədir. Çünki Rusiyanın bütün ordusu bu vəziyyətdə deyil. Rusiyanın çox sınıq-salxaq, köhnə ordusu var. Bu ölkəni həddən artıq şişirtməyə ehtiyac yoxdur".

Tarix
2014.08.25 / 18:51
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla