"Lavrovun Rusiya
maraqlarının qorunması üçün əlindən gələni edəcək kimi təhdid
mesajından aydınca sezilir ki, Qərb Rusiyanı öz sanksiyaları ilə
çökdürməyə davam edərsə, Moskva da nüvə silahına əl ata
bilər".
Bunu Axar.az-a açıqlamasındaAzərbaycanın Xarici siyasət
məsələləri üzrə sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə
Moskvanın Qərbin sanksiyalarına qarşılıq olaraq yağdırdığı
təhdidləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Qərb Rusiyanın vəziyyətinin kritik olduğunu
çox yaxşı bilir:
"Buna görə də Qərb addım-addım NATO-nun Rusiya ətrafında
güclərini artırır, təşkilata üzv ölkələri gücləndirir. Buraya
Baltikyanı və Şərqi Avropa ölkələri daxildir. Rusiyanın Qərbin
sanksiyalarına cavab olaraq təhdidlərində növbəti dəfə güc tətbiq
etməsi və hansısa təxribata əl atması qeyri-mümkündür. Xüsusən də
Qafqazda. Çünki Moskva çox yaxşı başa düşür ki, belə bir addım onu
xilas etməyəcək. Eyni zamanda Rusiyanın resurs ehtiyatının
qarşılanmasında Qafqazın rolu böyükdür. Bu baxımdan da Rusiyanın
hansısa təhdid xarakterli mesajı elə təhdid olaraq da qalacaq.
Lavrovun Rusiya maraqlarının qorunması üçün əlindən gələni edəcək
kimi təhdid mesajından aydınca sezilir ki, Qərb Rusiyanı öz
sanksiyaları ilə çökdürməyə davam edərsə, Moskva da nüvə silahına
əl ata bilər. Ancaq Qərb bütün bunları ilk gündən nəzərdə tutub və
Rusiyanın təhlükəli nüvə dövləti olduğunu da çox gözəl bilir.
Rusiyanın Qərbin Ukraynanın işğalını tanıması arzusu ürəyində
qalacaq. Qərb isə bununla heç vaxt barışmayacaq. Əvvəla, Ukrayna
bununla heç vaxt barışmayacaq. Bu, ona görə mümkün deyil ki, bir
milyonluq çeçenlə bacara bilməyən Rusiya indi onlara tam
müstəqillik verib və əvəzində də Kadırov özünü Putinin əsgəri hesab
edir. Əgər vaxtilə Kadırova verilən ixtiyar Cövhər Dudayeva
verilsəydi, heç bir müharibəyə ehtiyac qalmazdı. İndi Çeçenistanla
bacarmayan Rusiya 50 milyonluq Ukrayna ilə necə bacaracaq?
Ukraynanın arxasında Qərb çox möhkəm dayanıb. Əgər lazım gələrsə,
Qərb Kiyevi ən müasir silahlarla da təmin edə bilər".