Yuxarı

Türkiyə-Ermənistan sərhəd açılımı yenidən gündəmdə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə-Ermənistan sərhəd açılımı yenidən gündəmdə

"Ermənistanın qondarma genosid məsələsi Türkiyə ilə sərhədlərin açılması zərurətini yenidən ortaya qoyacaq".

Bu sözləri Axar.az-a açıqlamasında Təhlükəsiz Enerji Tədqiqat Mərkəzinin rəhbəri, siyasi və beynəlxalq məsələlər üzrə ekspert Ceyhun Mahmudov ABŞ dövlət katibi Con Kerrinin regiona gözlənilən səfərini şərh edərkən deyib.Ekspertin fikrincə, Amerika rəsmisinin regiona səfəribu ilin sonuna, ya da 2015-ci ilin əvvəlinə təsadüf edəcək:

"Kerri ölkəsinin Ermənistanla münasibəti ilə yanaşı Ankaranın İrəvanla əlqələrinin tənzimlənməsi məsələsinə də böyük önəm verir. Dövlət katibi bu məsələni xüsusi olaraq diqqətdə saxlayır. Bunu Amerikanın cəhdlərindən də görmək mümkündür. Vaşinqton diplomatik əlaqələri genişləndirmək qərarındadır. ABŞ-ındövlət katibi postunu tutmazdan öncə Con Kerri Xarici Əlaqələr Komitəsində genosid məsələsində fəal rol almışdı və Ermənistanın ən böyük dəstəkçilərindən birinə çevrilmişdi. O,sözü gedən komitədə məsələni yenidən qaldıra bilər. Ərdoğanın prezident seçilməsi isə onu göstərir ki, bu məsələ gündəmdə qalacaq. Qondarma genosidin 100 illiyinin yaxınlaşması prosesi daha da gücləndirəcək. Ermənistan 2015-ci ildə məsələnin Konqresdə həllini tapacağına böyük ümid edir.Genosidin qəbul olunması yolunda atılan addımlarTürkiyə ilə böyük siyasi bazarlığa gətirib çıxara və sərhədlərin açılması zərurətini yenidən ortaya qoya bilər. İrəvan yenə də məsələnin həllində Ankarının heç bir şərt irəli sürməyəcəyinə ümid bəsləyir".

Xatırladaq ki, Con Kerrinin regiona səfərinin müjdəsiniABŞ-ın Ermənistandakı səfiri Con Xefferenin mart ayında erməni jurnalistlərin suallarını cavablandırarkən vermişdi.

Tarix
2014.08.29 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

IV Şuşa Qlobal Media Forumu ilə bağlı - Videoçarx

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

İranda Azərbaycana qarşı “qaçqın dəstəsi” yaradılır

Mühüm hadisələrindən biri də BYD şirkəti ilə... - Prezident

O, mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırıldı

Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında... - Foto

Azərbaycan-Rusiya münasibətləri tam normallaşıb

Tovuz döyüşləri bir daha sübut etdi ki... - Deputat

Belə avtomobillə heç yerə getmərəm - Prezident

Tələbə vaxtı diplom işimin mövzusu bu idi - Prezident

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla