Yuxarı

Prezidentlərin görüşü gözlənilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentlərin görüşü gözlənilir

"Heç kim münaqişənin eskalasiyasında maraqlı deyil və Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur".

Bunu Turan İnformasiya Agentliyinə müsahibəsində ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupu sülhün saxlanılmasına çalışır. Amerikalı diplomat qeyd edib ki, iyul ayının 31-dən başlayan və avqust ayının əvvəllərinə qədər davam edən cəbhə xəttindəki gərgin vəziyyət sülh prosesinə əngəldir:

"Cəbhə xəttindəki münaqişə zamanı onlarla insanın ölməsi bizi sülhün nailiyyətinə gedən yolda geriyə salır. Həll yollarını tapmaq üçün işləmək və danışıqlar stolu arxasında səyləri ikiqat artırmaq lazımdır. Bunun üçün isə atəşkəs rejiminə əməl etmək ilkin şərtdir".

Həmsədr Azərbaycan və Ermənistan prezidentlərinin yaxın zamanlrda növbəti görüşünün baş tutacağını da istisna etməyib:

"Prezidentlər NATO-nun Uelsdə keçiriləcək sammitində və ya BMT Baş Assambleyasının iclasında görüşə bilər", - deyə C.Uorlik bildirib.

Qeyd edək ki, NATO-nun sammiti sentyabr ayının 4-5-də Uelsin paytaxtı Kardifdə keçiriləcək.

Tarix
2014.08.31 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla