Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 İyun 2018


Diletant Tramp və çekist Putin görüşü nəyi dəyişəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Rusiyanın güddüyü strateji maraqları göz önünə gətirsək, tərəflərin kompromisə gələcəyini təxmin etmək çətindir.

Bunu Axar.az-a ABŞ və Rusiya liderlərinin gözlənilən görüşünü şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Putin-Tramp görüşü ilə bağlı nikbin olmadığını bildirib:

“Putin Rusiyanı super dövlət ranqına çatdırdığını iddia edir. ABŞ isə dünya birinciliyini və dünyanın bir çox sahələrinə nəzarəti əldən vermək istəmir. Bu fonda Rusiyada antiamerika, ABŞ-da isə Rusiyanın bir nömrəli düşmən olması ictimai fikri hökmranlıq edir. Ancaq Rusiyada antiamerika meyilləri daha maksimal, vaxtilə sovetlərə qarşı olan antikommunizm səviyyəsindədir. Bu səbəbdən keçmiş KQB-yə bağlı olan, açıqca millətçilik baxışları ilə seçilən və bunun hesabına Rusiyanı lider dövlətə çevirəcəyini vəd edən Putinlə indiyə qədər ciddi bir konsepsiya təklif etməyən və ümumiyyətlə, amorf dünyagörüşünə, bəzən isə diletant hərəkətlərə malik olan Tramp arasında gözlənilən görüşün dünyadakı taleyüklü məsələləri əhatə edəcəyini təsəvvür etmək çətindir. Tərəflər arasında nüvə cəbbəxanasının azaldılmasının gündəlikdə olacağını düşünmürəm. Üstəlik, Rusiya mühafizəkar militarist baxışlarından imtina etmək fikrində deyil və bu səbəbdən də qonşu dövlətlərin əksəriyyəti üçün təhdidedici bir məkan olaraq qalır. İstedadsız Tramp isə demokratiya cənnəti adlandırılan ABŞ-ın üstünlüklərini dünyaya təqdim qüdrətinə malik deyil”.

Politoloq Trampın natura etibarilə hələ də ruspərəstlikdən imtina edə bilmədiyini və Rusiyaya illüziya xarakterli baxışlarını qoruyub saxladığını düşünür:

“ABŞ-ın strateji müttəfiqlərinə qarşı ticarət müharibəsini xatırladan addımlar onu göstərir ki, Tramp Avropa ilə ciddi məsafə saxlamaq fikrindədir. Bu isə Putinin ürəyincədir. O üzdən Putin görüşdə Trampın bu istiqamətdəki baxışlarını dərinləşdirməyə çalışacaq. Qlobal problemlərə gəlincə, nə ABŞ, nə Rusiya, nə də Çin dünyanı təhdid edən ekoloji problemlərə yardım etmək niyyətindədir”.

Q.Hüseynli Putin-Tramp görüşündə Suriya və İran probleminin müzakirə ediləcək məsələlər arasında olacağını qeyd edib:

“Tramp bu məsələlərdə güzəştə getməyəcək. Ancaq Putinin bu yöndə Trampı yumşaltmağa çalışacağı və müəyyən nəticələr əldə edə biləcəyini də istisna etmək olmaz. Bütövlükdə dünyanı təhdid edən problemlərin həllində hər hansı irəliləyiş gözlənilmir. Xüsusilə də Tramp tərəfindən sürətli silahlanma yarışının və dünyanın soyuq müharibə dönəminə qədəm qoymasının qarşısının alınması ilə bağlı Putini yola gətirəcək təkliflərin veriləcəyi inandırıcı deyil. Bu görüşün baş tutması dünyaya müəyyən ümidlər versə də, nəticənin konkret addımlarla möhkəmlənəcəyini proqnozlaşdırmaq çətindir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında gözlənilən zirvə toplantısının iyulun ortalarında Vyanada keçirilməsi nəzərdə tutulur.

Tarix
2018.06.13 / 08:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qərb Ərdoğanın qələbəsini “satın alır” – Sensasiya

Paşinyanın Qarabağda 2 hədəfi: Ordumuza fürsət...

Belarus Bakıya görə İrəvana qapını göstərdi

Qriqoryan həbs edildi: Bakı AŞ-a çağırış etdi

Paşinyan Bakını müharibəyə sürükləyir – Zülfüqarov

Paşinyanın cəbhəyə gəlmə səbəbi: Bakı zərbəyə hazırlaşır?

Paşinyanın Qarabağda nə iti azıb? – Ekspert

Tarlada növbəti kütləvi zəhərlənmə: nə baş verir?

Nikol Sərkisyanla ittifaq qurdu: İrəvan hərb yolunu seçir – Şərh

Bələdiyyə torpaqlarının alğı-satqı proseduru ilə bağlı - Tələblər

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla