Yuxarı

Paşinyanın şəkil çəkdirdiyi rus qırıcısının göstəriciləri - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə gün öncə Su-30SM qırıcısının kabinəsində çəkdirdiyi fotosunu Feysbuk sosial şəbəkəsində yerləşdirdi. Bunun ardınca Ermənistanın bu təyyarələri almaq üçün 2012-ci ildə yarımçıq saxladığı müzakirələri yenidən aktivləşdirdiyi gündəmə gəldi.

Digər məsələ isə bir ölkənin baş nazirinin başqa ölkənin qırıcısına oturub, şəkil çəkdirməsidir. Belə ki, rəsmi mənbələrə əsasən, Su-30SM Ermənistan ordusunun arsenalında yoxdur. Paşinyanın bu fotonu Erebuni aerodromunda çəkdirib, bu aerodromda isə Rusiyanın 3624-cü aviabazası yerləşir.

Bəs Paşinyanın maraq göstərdiyi bu təyyarələr hansı keyfiyyətlərə sahibdir?

Axar.az xəbər verir ki, Su-30SM çoxfunksiyalı qırıcıdır. Su-27-nin bazasında hazırlanan qırıcılar 4+ nəslinə aiddir. Su-30SM əsasən hava üstünlüyünün ələ alınması və güclü radarları vasitəsilə kəşfiyyat fəaliyyəti aparmaq üçün nəzərdə tutulur. Eləcə də bu qırıcılar vasitəsilə yerüstü hədəflərə zərbə endirmək mümkündür.

Su-30SM-in taktiki-texniki xüsusiyyətləri:

Ekipaj: 2 nəfər

Uzunluğu: 21.935 m

Qanad uzunluğu: 14.7 m

Hündürlük: 6.36 m;

Qanad sahəsi: 62 m²;

Boş çəki: 17.700 kq;

Yüklü çəki: 24.900 kq;

Maksimal qalxma çəkisi: 34.500 kq;

Daxili yanacağın çəkisi: 9.400 kq;

Maksimal sürət: Mach 2.0 (2120 km/s);

Maksimal uçuş məsafəsi: 3000 kilometr;

Uçuş tavanı: 17.300 metr;

Yüksəkliyə qalxma sürəti: 230 m/s;

Qanad yüklənməsi: 468.3 kq/m² (daxili yanacaq çəni tam dolu olduqda);

Çəkmə gücünün çəkiyə nisbəti: 56% yanacaqla 1.00; tam yanacaqla 0.86.

Bir sıra mətbuat orqanı Su-30SM-in xüsusilə ABŞ-ın F-15E təyyarələrinə cavab olaraq hazırlandığını iddia edirlər. Doğrudur, Su-30SM-lər yüksək manevr imkanlarına sahib olsalar da F-15E-yə bir çox keyfiyyətlərinə görə uduzurlar. Belə ki, F-15E xüsusən sürətinə (Mach 2,5) və döyüş yükünə görə Su-30SM-i üstələyir.

Ruslar bəzən Su-30CM-lərin F-22 Raptor təyyarələri ilə də müqayisə edirlər. Lakin Su-30CM-lər nə qədər yüksək manevr imkanlarına sahib olsalar da, bütün parametrlərdə F-22-lərə uduzurlar. Üstəlik, F-22-lər onun gözə görünməzliyini təmin edən stels texnologiyaları ilə də təchiz ediliblər ki, bu da Su-30SM-lərin onlarla savaş imkanını məhdudlaşdırır.

1992-ci ildən istehsal olunan Su-30 təyyarələri indiyə qədər Rusiya, Venesuela, Hindistan, Çin, Qazaxıstan, Malaziya, Uqanda kimi ölkələrin arsenalında var. Təyyarənin həmçinin Çin, Venesuela, Rusiya və Hindistan üçün nəzərdə tutulan variantları mövcuddur.

Su-30SM isə Rusiya üçün nəzərdə tutulan variantdır. Bu variant 2012-ci ildə istifadəyə verilib.

Bu təyyarələr xüsusilə Suriya müharibəsində sınaqdan çıxarılıb.

Tarix
2018.06.20 / 12:40
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla