Yuxarı

Türk PA Türkiyədə seçkiləri izlədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin komitə sədri və Türk PA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri Əhliman Əmiraslanovun rəhbərliyi ilə Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlamentləri üzvlərindən təşkil olunan Türk PA Beynəlxalq Müşahidəçilər Missiyası Türkiyədə keçirilən prezident və parlament seçkilərinin qısamüddətli müşahidəsini həyata keçirmək məqsədilə Ankarada səfərdədirlər.

Axar.az xəbər verir ki, missiyanın üzvləri paytaxt Ankarada bir sıra dairələrdə seçki məntəqələrini ziyarət edərək səsvermə prosesini müşahidə ediblər. Missiya üzvləri səslərin sayılması prosesində də iştirak ediblər.

Türk PA nümayəndələri müşahidə proqramı çərçivəsində bir sıra görüşlər keçiriblər.

Missiya üzvlərinə hazırlıq prosesinin texniki və logistik məsələləri barədə məlumat verilib. Missiyanın rəhbəri Əhliman Əmiraslanov seçkilərin ədalətli, sərbəst və şəffaf şəkildə keçiriləcəyinə inamını ifadə edib.

Müşahidə missiyasının tərkibində Milli Məclisinin deputatları Səttar Möhbalıyev, Şəmsəddin Hacıyev və İlham Əliyev də təmsil olunublar.

Tarix
2018.06.24 / 22:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla