Yuxarı

Tərəflər barışıq üçün görüşdü – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tərəflər barışıq üçün görüşdü – Video

"Oazis" restoranında baş verən davada xəsarət alan Zaur Əsgərovun atası Mahir Əsgərov restoran rəhbəri hacı Mirtalib Miri oğlu ilə barışıq üçün restorana gəlib.

Bu barədə Axar.az-a restoran sahibi hacı Mirtalib Miri oğlu məlumat verib.

"Oazis"in sahibi Mirtalib Miri oğlu restorandakı davada xəsarət alan Zaur Əsgərovun atası Mahir Əsgərovun üzrxahlıq etdiyini bildirib:

"Mahir kişi mənə dedi ki, oğlum və ailəsi məni dinləmədi. Olan olub, keçən-keçib. Hal-hazırda barışmaq, dostlaşmaq lazımdır".

Restoran sahibi artıq problemin həll olunduğunu, Mahir Əsgərovun barışıq təklifinə müsbət cavab verdiyini bildirib.

Mirtalib Miri oğlu 3 əməkdaşının saxlanılması ilə bağlı isə qeyd etdi ki, ayın 8-i istintaq işi yekunlaşır və onların sərbəst buraxılması gözlənilir.

Xatırladaq ki, Baş Prokurorluğun bu gün yaydığı məlumatda sentyabrın 2-də, saat 02 radələrində paytaxtın Binəqədi rayonu ərazisində fəaliyyət göstərən "Oazis" restoranında müştərilərlə restoranın işçiləri arasında ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilən və vətəndaşlar üzərində zor tətbiq olunması ilə bağlı cinayət işi başlandığı bildirilib. Abdullayev Ravid Yusif oğlu, restoranda mühafizəçi işləyən Məmmədov Camal Mahir oğlu və ofisiant Adıgözəlov Kənan Mehman oğlu cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2014.09.07 / 00:07
Müəllif
İsmi Şahzadə
Digər xəbərlər

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla