Yuxarı

“Bakı-Paris əlaqələrində birinci xanımın rolu böyükdür”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bakı-Paris əlaqələrində birinci xanımın rolu böyükdür”

"Azərbaycan Fransa əlaqələri uzun müddətdir ki, çox surətlə inkişaf edir".

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fuad Muradov deyib. Millət vəkilinin sözlərinə görə, oktyabrda baş tutacaq Azərbaycan və Fransa prezidentlərinin zirvə toplantısı hər iki ölkə üçün strateji əməkdaşlıq baxımından əhəmiyyətlidir:

"Fransa ATƏT-in Minsk Qrupunun üzvü olduğu üçün məsuliyyət və öhdəlikləri böyükdür. Ölkədə çox sayda ermənilərin yaşamasına və bunun ölkənin siyasətinə təsirinə baxmayaraq, Fransa dövləti Azərbaycanla səmərəli əməkdaşlığa böyük maraq göstərir. Əlbəttə ki, bu cür tərəfdaşlıq qarşılıqlıdır. Belə olan halda iki ölkə arasındakı münasibətlər strateji əməkdaşlığa çevrilə bilər. Hesab edirəm ki, bu cür zirvə toplantıları hər iki ölkə üçün həm münasibətlərin tənzimlənməsində, həm də mədəni əlaqələrin inkişafında əlverişli rol oynayacaq".

F.Muradov son zamanlar iki ölkə arasında sürətlə inkişaf edən mədəni əlaqələrə də toxundu:

"Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın uzun müddətdir ki, Fransanın müxtəlif şəhərlərində mədəniyyət sahəsində dəstək layihələrini həyata keçirməsi bunun bariz nümunəsidir. Bu yaxınlarda Parisdə Luvr muzeyinin xüsusi İslam bölməsinin təmirinə Fondun maliyyə dəstəyi, Marsel və digər bu kimi şəhərlərdə mədəniyyətə dəstək layihəsinin davam etdirilməsi Azərbaycan üçün iki ölkə arasında mədəni əlaqələrin inkişafı baxımından olduqca dəyərlidir".

Tarix
2014.09.11 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla