Yuxarı

Dövlət maraqlarımıza kim əl uzadarsa... - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident İlham Əliyevin Gəncə hadisələri ilə bağlı hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirdiyi iclasdakı kəskin mövqeyi bir daha sübut etdi ki, müstəqil Azərbaycanın dövlət maraqlarına əl uzadanlar üçün heç bir güzəşt olmayacaq! Qanunun ən sərt üzü ilə terrorçularla, ölkənin sabitliyini pozmağa cəhd edənlərlə, cəmiyyətdə qorxu, xof yaratmağa cəhd edənlərlə davranılacaq. Gəncə hadisələri müxtəlif xarici mərkəzlərdən idarə olunan bir təxribatdır. Birmənalı şəkildə Azərbaycan cəmiyyəti də bu cür təxribatları pislədi.

Bu açıqlamanı Axar.az saytına BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, xalq çox gözəl bilir ki, ölkənin sabitliyi toxunulmazdır:

"Sabitliyimiz göz bəbəyimiz kimi qorunmalıdır! Hansı ölkədə problem yoxdur? Dünyanın ən çox inkişaf etmiş ölkələrində belə problemlər var. Təbii ki, məmuların ən başlıca fəaliyyəti mövcud problemləri aradan qaldırmaqdır. Ancaq təxribatçı qüvvələr bundan sui-istifadə etməyə cəhd göstərir, aranı qarışdırmaq üçün hər cür şayiələr yaymağa çalışır. Buna görə də hər kəs baş vermiş hadisəyə həssas yanaşmalıdır. Heç kəs imkan verməməlidir ki, Azərbaycanın uğurlarını gözü götürməyən düşmən hansısa təxribat həyata keçirə bilsin. Görürsünüz ki, aparılan kampaniya əsasən məmurların fəaliyyəti ilə bağlıdır. Xalq hər zaman görür ki, prezidentin bütün müşavirələrdə məmurların qarşısına qoyduğu bir nömrəli tapşırıq xalqa xidmətdir. Xalq çox yaxşı bilir ki, bu gün ölkədə ən çox problemlərdən danışan da məhz Prezident İlham Əliyevdir və onların həllini də birbaşa nəzarətdə saxlayır".

N.Orduxanlı qeyd edib ki, dövlətimizin maraqlarını qorumaq hər bir vətəndaşın şərəf işidir:

"Kimsə dövlət maraqlarımıza əl uzadacaqsa, onların kökünü kəsmək təkcə hüquq-mühafizə orqanları deyil, bütövlükdə xalqın işidir və biz bunu edəcəyik!”

Tarix
2018.07.17 / 00:21
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla