Yuxarı

Rusiya Ukrayna ssenarisini Qazaxıstanda törədə bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qazaxıstan Rusiyanın siyasətinə uyğun oynamasa, Putin Ukraynada elədiyini çox rahatlıqla bu ölkədə də edəcək".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev Rusiyanın Qazaxıstanla bağlı planını şərh edərkən deyib.

O, Putinin Qazaxıstandakı rusları silahlandırıb istənilən vədə qarışıqlıq yarada biləcəyini deyib:

"Qazaxıstan da bunu çox yaxşı bilir. Çünki bu ölkədə xeyli sayda ruslar yaşayır və Rusiya ilə sərhədlər genişdir. Putin burdakı rusları çox rahatlıqla silahlandırıb asanlıqla təxribat törədə bilər. Bildiyiniz kimi Putinin Avrasiya İttifaqı layihəsi və bu layihə çərçivəsində inteqrasiya məsələsi əslində bir plandır. Nazarbayev bir müddət öncə Qazaxıstanın Avrasiya ittifaqına qoşulacağı ilə bağlı suallara belə cavab vermişdi ki, ölkəmizin ərazi bütövlüyünə hörmət qoymayan heç bir təşkilatda yoxuq. İndi də danışıqlar bunun üzərinə başlayıb. Nazarbayev də çox yaxşı başa düşür ki, bu təşkilata qoşulmaq Putinin Ukraynadakı ssenarisinin qəbul etmək və oyuna gəlmək deməkdir. Ancaq Rusiya bu məsələdə o qədər də sərbəst deyil. Çünki Qərbin sanksiyaları ilə üz-üzədir. Putin üçün indi əsas məsələ bu sanksiyaların altından necə çıxa biləcəyidir. Hesab edirəm ki, Qərbin sanksiyaları irəlidə Rusiyaya öz təsirini göstərərsə, Moskva bu planları ilə çox qabağa gedə bilməyəcək".

F.Mehdiyev onu da bildirdi ki, hazırda Rusiya banklarının maliyyə translaksiyalarının bir hissəsi Qazaxıstanın üzərindən keçir:

"Bu nöqteyi nəzərdən hesab edirəm ki, Rusiya Qazaxıstanla mövcud münasibətləri poza bilməz. Ancaq Rusiya yenə də Qazaxıstanı üstü örtülü şəkildə olsa da, şantaj etməyə davam edəcək. Bunu isə Putinin adından Jirinovski və ən çox Duqin kimi politoloqlar davam etdirəcək".

Tarix
2014.09.15 / 22:20
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla