Yuxarı

Neftin ucuzlaşması büdcəyə necə təsir edəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gələn il hökumət güman ki, neftin bir barrelinin qiymətini 90 dollardan proqnozlaşdıracaq, amma istərdim ki, hətta 80 dollardan götürülsün".

Bunu Axar.az-a dünya birjalarında neftin qiymətinin ucuzlaşması ilə bağlı məsələyə aydınlıq gətirən iqtisadçı ekspert Samir Əliyev deyib:

"Öncə nəzərə almaq lazımdır ki, Azərbaycan neft gəlirlərindən asılı ölkədir. Hesablamalara görə, dövlət büdcəsinin 75%-i bu və ya digər formada neftdən formalaşır. Təkcə onu demək kifayətdir ki, büdcənin yarısı Neft Fondundan edilən birbaşa transfer hesabınadır. Neftin bir barreli 2014-cü il büdcəsində 100 dollar nəzərdə tutub. Bu il neftin qiyməti bir müddət 105-110 dollara qədər qalxdı və orta illik qiymət 100 dollardan aşağı olmadı. Yəni hökumətin proqnozu özünü doğrultdu. Amma bundan sonra neftin qiymətinin aşağı düşmək ehtimalı var".

Ekspertin fikrincə, neftin qiyməti ucuzlaşdığı təqdirdə gələn il üçün büdcəyə xeyli ziyan dəyə bilər:

"Gələn il üçün neftin qiymətinin ucuzlaşmasının təsirinin olub-olmaması dövlət büdcəsinin formalaşdırılmasından asılıdır. Əgər bu il olduğu kimi, gələn il üçün də neftin bir barreli 100 dollar proqnozlaşdırılsa və büdcədə də bu qiymətlə nəzərdə tutulsa, problem yarana bilər. Hesab edirəm ki, gələn il üçün hökumət neftin barrelini 90 dollardan proqnozlaşdıracaq və büdcədə də buna uyğun daxilolma nəzərdə tutacaq. Amma istərdim ki, qiymət daha aşağı, 80 dollardan götürülsün: bu rəqəm bizi risklərdən sığortalayar".

Xatırladaq ki, Tehrana qarşı tətbiq edilən sanksiyaların yumşaldılması nəticəsində İran avqustdan etibarən öz nefti ilə dünya bazarına daxil olub. Digər tərəfdən, ABŞ da neft ixracatçıları siyahısında yer almağa çalışır və beynəlxalq expertlərin fikrincə, tezliklə ABŞ ən iri neft ixracatçısı olacaq. Bu isə neftin dünya qiymətlərinə təsirsiz ötüşməyəcək.

Tarix
2014.09.16 / 22:47
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Keçici hökumət dəvət etdi, Ərdoğan onu Dəməşqə göndərdi

Paşinyan Berse ilə danışdı: Bakı ilə sülh...

Dugin əsassız açıqlama verdi, səhvini başa düşdü - Topçu

Messinin Bakı ilə bağlı paylaşım etməməsinin səbəbi... - Foto

Ərdoğanın müşaviri Bakıdan hədələdi

Yaşar Gülər DSX rəisi ilə görüşdü - Foto

Bələdiyyə seçkilərinə namizədliyini irəli sürənlərin sayı...

İran mühafizəkarları Bakıya yenə dil uzatdı

İrəvanda vacib görüş: Hacıyev də qatıldı, sədrlik Bakıya keçdi

Zəngəzur dəhlizinin açılması ilə bağlı son müsbət qərar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla