Yuxarı

Ərdoğan ən doğru qərarı verdi, ABŞ Qarabağı... - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin dirənişi və Ərdoğanın cəmiyyəti açıq şəkildə bu dirənişə səfərbər etməsi doğru addımdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyədə baş verən son iqtisadi proseslərlə bağlı danışan millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, Azərbaycan həm dövlət, həm də cəmiyyət olaraq Türkiyə üçün məhz bu məqamda gücü yetən fədakarlığı etməlidir:

“ABŞ Dağlıq Qarabağı mülayim yolla, yəni sülh yolu ilə Ermənistana təhvil vermək istəyir. Bunun üçün də illərdir ki, həm separatçı rejimə böyük pullar ayırır, Ermənistanı işğalçı dövlət kimi dəstəkləyir, həm də bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü tanımayan qərarların altına imzasını qoyur. Üstəlik, ABŞ-ın istədiyi neft, pul və tabeçilikdir! Böyük dövlətlərlə davranış qaydalarına ciddi əməl etməklə yanaşı, sonda bizim də bir qırmızı cizgimiz var və hansısa məqamda öz dövlət şəxsiyyətimizi qorumaq üçün təhdidlər olduğunda dirəniş göstərməliyik. İndi Türkiyədə ABŞ-ın əsas götürdüyü bir rahib bəhanəsini kənara qoyaq. Adamlar Türkiyədə legitim hakimiyyəti devirmək istəyən qüvvələri, PKK və FETÖ terrorçularını açıqca dəstəkləyir, Suriya və İraqda Türkiyənin maraqlarını çeynəyir, müttəfiqlik öhdəliklərinə əhəmiyyət vermir, sonda da özünün savaşdığı qüvvələrlə Türkiyənin də əsassız olaraq savaşmasını istəyir”.

Millət vəkili bildirib ki, bu gün Türkiyənin təbii qaz ehtiyatının 17 faizini İran təmin edir:

“ABŞ deyib ki, hansı dövlət İranla ticarət etsə, Vaşinqtonla dost olmayacaq və itkilərin kompensasiyası ödənməyəcək. Bəs o halda Türkiyə qazsız qalmalıdır? Yenə neft üçün alternativlər mövcuddur, qaz məsələsi isə birbaşa iqtisadiyyatın təməlini sarsıda bilər. İndi bu rahib məsələsi olmasaydı, İranla ticarət anlaşmasına sadiq qaldığına görə eyni gömrük dezavantajını ABŞ Türkiyəyə tətbiq etməyəcəkdi? Az qala, Türkiyənin yan-yörəsində Bərzaniyə dövlət qurdurmaq istəyən ABŞ deyildimi? Həm də unutmayaq ki, ABŞ faktiki olaraq Kanada, Meksika, Venesueladan, həmçinin Rusiya, İran, Çindən və ən əsası da Avropa Birliyindən də kobud şəkildə tabeçilik tələb edir. Şəxsiyyətinə, maraqlarına hörmətsizlik göstərilən yalnız Türkiyə deyil ki? Bu dövlətlər də terrorçularla işbirliyi içində olan rahibi ev həbsində saxlamırlar ki?! Siyasətdəki davranışlarda, deyimlərdə, üslublarda yanlışlar ola bilər, lakin bu məsələdə Türkiyənin dirənişi və Ərdoğanın cəmiyyəti açıq şəkildə bu dirənişə səfərbər etməsi doğru addımdır. Bu cür çalxalanmalar cəmiyyətin dinamizmini bir çox halda gücləndirməklə yanaşı, boşluqların və natamamlıqların daha ciddi idrak olunmasına imkan yaradır”.

Tarix
2018.08.15 / 14:16
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla