Yuxarı

"Ermənistanı ciddi xaotik vəziyyət gözləyir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib ki, baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistanın NATO-nun təlimlərində hansı səbəbdən iştirak etməsini heç cür əsaslandıra bilməz. Yeni Baş nazir bunu belə izah edir ki, Serj Sərkisyanın hakimiyyəti illərində də Ermənistan bu cür təlimlərdə iştirak edib. Bu, bir siyasətçi üçün çox uğursuz cavabdır. Bütün bunların fonunda rəqibimiz Avrasiya İqtisadi Birliyinin iki vacib iştirakçısı ilə - Rusiya və Qazaxıstan, habelə çox mühüm qonşumuz İran ilə sənədlər imzalayır.

Axar.az xəbər verir ki, bunu analitik-icmalçı Ehtiram Aşırlı Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun ölkəsinin yeni diplomatik cəhdlərini kəskin tənqid etməsini Azərtac-a şərh edərkən deyib.

E.Aşırlı bildirib: “Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını şərh edən Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib ki, Ermənistanın yeni hökuməti müttəfiqləri ilə əlaqələri zəiflətdiyi bir vaxtda Azərbaycan qonşu ölkələrlə münasibətləri möhkəmlənir. E.Şarmazanov bugünkü açıqlamasında qeyd edib ki, məxməri inqilab ilə hakimiyyətə gələn N.Paşinyan əldə etdiyi nailiyyətlər barədə danışmaqda çətinlik çəkir. Qəribədir ki, N.Paşinyan bugünkü mitinqdə hansı nailiyyətlərdən danışacaq? Nikol Paşinyan hökümətin deyil, inqilab komitəsinin başçısıdır. Bütün bu proseslər göstərir ki, N.Paşinyan hələ də hökumət tərəfindən qəbul edilməyib və daxildəki gərginlik getdikcə artmaqdadır. Beləliklə, 2019-cu ilin payızında keçirilməsi planlaşdırılan seçkilərdə Nikol Paşinyanın yenidən baş nazir seçilmə ehtimalı olduqca aşağıdır. Bu gedişatla N.Paşinyan növbəti seçkiləri görə bilməyəcək. Digər tərəfdən, Ermənistanın Xüsusi İstintaq Xidməti isə yaydığı bəyanatda bildirib ki, Apelyasiya məhkəməsinin Robert Köçəryanın azad edilməsi haqqında qərarı qeyri-qanunidir. Köçəryanın azadlığa çıxması Qarabağ klanının Paşinyana asanlıqla boyun əyməyəcəyinə bir işarədir. Görünən odur ki, Ermənistanı gələcəkdə ciddi xaotik vəziyyət gözləyir”.

Tarix
2018.08.17 / 20:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla