Yuxarı

ASAN Xidmət bu ölkədə: Memorandum imzalandı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Axar.az xəbər verir ki, memorandum Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı imzalanıb.

Görüşdə Anlaşma Memorandumu çərçivəsində fəaliyyət planı üzrə əməkdaşlıq məsələləri, görüləcək tədbirlər müzakirə olunub.

Memorandumun məqsədi Uqanda Respublikasında dövlət xidmətlərinin göstərilməsi sisteminin təkmilləşdirilməsi, bu sahədə idarəetmə bacarıqlarının artırılmasıdır.

Sənəd Davamlı İnkişaf Məqsədləri və 2030 Gündəliyi kontekstində Afrika ölkələrinin inkişafı, nümunəvi idarəetmə və sosial-iqtisadi irəliləyiş baxımından xüsusi önəm daşıyır.

Səfər zamanı Uqanda nümayəndə heyətinin ASAN Xidmət mərkəzləri, ABAD publik hüquqi şəxsi, səyyar ASAN Xidmət təcrübəsi ilə tanışlığı nəzərdə tutulub. Həmçinin qonaqlar üçün Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən təqdimatlar həyata keçiriləcək.

Tarix
2018.09.21 / 19:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla