Yuxarı

Nazir 3 rayonun sakinləri ilə görüşdü - Qəbul

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, sentyabrın 21-də ədliyyə naziri Fikrət Məmmədov Ağstafa rayonu Heydər Əliyev Mərkəzində Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl nazir və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və bölgənin hakimləri ilə müşavirə keçirib.

Müşavirədə nazir dövlət başçısının ədliyyə fəaliyyətinin müasirləşməsi, qabaqcıl texnologiyaların tətbiqi, iş şəraitinin yaxşılaşdırılması, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi, probasiya xidmətinin fəaliyyətinin təşkili ilə bağlı tapşırıq verib, vətəndaş məmnunluğunun təmin edilməsini, nizam-intizama, etik davranış qaydalarına dönmədən əməl olunmasını vurğulayıb.

Tarix
2018.09.21 / 20:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev fərman imzaladı

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla