Yuxarı

Tarixi şəhərimiz o gün işğaldan azad edildi - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsillə bağlı çox önəmli qərarlar qəbul edilmişdir, o cümlədən Bakı Dövlət Universitetinin yaradılması haqqında qərar qəbul olunmuşdur. Gələn il biz Bakı Dövlət Universitetinin 100 illiyini qeyd edəcəyik.

Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda deyib.

Dövlət başçısı Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir çox işlərin görüldüyünü vurğulayıb:

"Bir çox qanunlar qəbul edilmişdir, daha doğrusu, 200-dən çox qanun qəbul edilmişdir. Qadınlara səsvermə hüququ verilmişdir. Yəni, qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti böyük işlər gördü. Bu gün Azərbaycan xalqı, Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirir. Təsadüfi deyil ki, 2018-ci il mənim Sərəncamımla “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir.

Bu il biz Azərbaycanda və bir çox ölkələrdə Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir çox önəmli tədbirlər keçirmişik. Azərbaycanda müntəzəm olaraq tədbirlər keçirilir. Onların arasında, əlbəttə ki, 28 May günü ilə əlaqədar keçirilmiş təntənəli tədbirləri xüsusilə qeyd etmək istərdim. Ondan sonra Azərbaycan Milli Ordusunun 100 illiyinə həsr edilmiş möhtəşəm hərbi paradı qeyd etməliyəm. Bir neçə gün bundan əvvəl - sentyabrın 15-də ikinci möhtəşəm hərbi parad keçirilmişdir. Bakının işğalçılardan azad edilməsi günü təntənəli şəkildə qeyd edildi. O gün Qafqaz İslam Ordusu, Azərbaycan Milli Ordusu, könüllülər Bakını işğalçılardan azad etmişlər və Azərbaycan hökuməti iki gündən sonra Gəncədən Bakıya köçə bilmişdir. Bizim tarixi şəhərimiz, Azərbaycan xalqının qədim şəhəri Bakı öz sahiblərinə qaytarılmışdır".

Tarix
2018.09.21 / 23:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla